Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər
Ermənistan Mərkəzi Seçki Komissiyasının iki məntəqədə seçki nəticələrini ləğv etməsinə rusiyalı oliqarx Samvel Karapetyanın Güclü Ermənistan Partiyasının idarə heyətinin üzvü Narek Karapetyanın reaksiyası erməni müxalifətinin hədəfini bir daha üzə çıxarıb.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, o, hər iki məntəqədə Çiçəklənən Ermənistan Partiyasının (Qagik Çarukyan) yüksək səs topladığını, bu məntəqələrin ləğvi ilə Çarukyanın 4 faizlik baryeri aşa bilməyəcəyinin yəqinləşdiyini və kənarda qaldığını iddia edib və iki məntəqədə təkrar seçkilərə çağırıb.
O, bu fikirləri səsləndirərkən, Azərbaycanla sülh gündəmini hədəf seçdiklərini açıq-aşkar vurğulayıb.
O qeyd edib ki, Çiçəklənən Ermənistan Partiyasına qarşı bu qərar Paşinyanın parlamentdə 3/5 səs çoxluğu əldə edə bilmədiyi və deməli, "Əliyevin əmri ilə konstitusiyanı dəyişdirmək imkanı olmadığı" üzə çıxandan sonra atılıb.
Mülki Müqavilə Partiyası hazırkı nəticələrə görə 105 yerlik parlamentdə 64 mandat əldə edib, 29 mandat Güclü Ermənistan, 12 mandat isə Robert Köçəryanın "Ermənistan" bloku əldə edib. Bu nəticə ilə Paşinyan hökuməti təkbaşına formalaşdırmaq imkanı qazansa da, konstitusiya dəyişikliklərini referenduma çıxarmaq üçün lazım olan səsi toplaya bilməyib. Bunun üçün müxalifətin də səsinə ehtiyacı var.
Konstitusiyadan Azərbaycana qarşı ərazi iddiası çıxarılmadığı təqdirdə isə rəsmi Bakı sülh sazişini imzalamayacaq.
Beləliklə, Ermənistanın parlamentə düşən rusyönlü müxalifəti artıq sülhə imkan verməyəcəyini elan edir.
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK