Karateçimiz Avropa çempionatının gümüş medalını qazandı
Azərbaycanın daha bir karateçisi yeniyetmə və gənclər arasında Avropa çempionatında medal qazanıb.
Publika.az xəbər verir ki, Finlandiyanın Tampere şəhərində keçirilən yarışın ikinci günündə 16-17 yaşlı gənclər arasında kumite yarışlarında Rumil Cəfərli (76 kq) finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə Kipr təmsilçisi Louzos Vasiliuya 1:2 hesabla məğlub olub. Bununla da, karateçimiz gümüş medalla kifayətlənib.
Qeyd edək ki, qitə çempionatının birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kq) və Rəşid Süleymanov (63 kq) qızıl medal qazanıblar.
Komandamızın digər üzvü Aysu Əliyeva (47 kq) isə bürünc medala sahib olub.
Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.

Azərbaycan Rusiyaya dost ölkələr siyahısına düşdü
Abdullah Öcalan müraciət yaydı, gələcək fəaliyyət istiqamətini açıqladı
Putin Trampa hansı "Böyük sövdələşmə" təklif edib? - SENSASİON DETALLAR
Tovuzda qaz olmayacaq
ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi
Orxan Lökbatanlı vəfat edib?
İsrail-İran müharibəsi ilə bağlı yeni ssenari: ABŞ anlayır ki
ABŞ ilə İran razılığa gəldi — Nə dəyişəcək?
İlham Əliyev Elliot Brandtla görüşdü
Ukrayna nümayəndə heyəti Cenevrədə Medinski ilə ayrıca görüşü təsdiqlədi
Təzyiqi necə aşağı salmaq olar? - Kardioloqlardan 6 yeni tövsiyə
Günün ikinci yarısından duman çəkiləcək
Ucarda məktəb binası yandı
Ən uzunömürlü bürclər: 90 il yaşayırlar
Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib