Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır
Qazaxıstan Mərkəzi Asiya dövlətləri və Azərbaycan tərəfindən süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamağı təklif edib.
KONKRET.azazərtac-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
Qazaxıstan Prezidenti qeyd edib: "Süni intellektə gəldikdə, onun əhəmiyyəti əlavə izahat tələb etmir. Xatırlatmaq istərdim ki, Qazaxıstan bu ili "Rəqəmsallaşdırma və Süni İntellekt İli" elan edib.
Bu mövzunun əhəmiyyətini nəzərə alaraq, bütün tədqiqat mərkəzlərimizin, universitetlərimizin və texnologiya şirkətlərimizin məlumat və təcrübə mübadiləsi apara bilməsi üçün Mərkəzi Asiya ölkələri üçün süni intellekt sahəsində əməkdaşlıq proqramı hazırlamaq imkanını nəzərdən keçirməyi təklif edirəm.
Bu arada, süni intellekt texnologiyalarından təhlükəsiz istifadə fundamental tələbdir. Bu mövzu artıq beynəlxalq səviyyəyə çatıb və fəal şəkildə müzakirə olunur. Birgə rəqəmsal siyasət artıq ciddi beynəlxalq müzakirələrin mövzusuna çevrilir. Məncə, texnoloji risklər və texnologiyalar üzərində nəzarəti təmin etmək üçün birgə yanaşmalar hazırlamağa başlamalıyıq.
Bunu nəzərə alaraq, Qazaxıstan Mərkəzi Asiya dövlətləri və Azərbaycan tərəfindən süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamağı təklif edib".
Xidmetler [newsid: 0-123300]

Millətlər Liqası: Bu gün daha 10 oyun var
Bakıda "iki təkər" qaldıran sərxoş sürücü həbs olundu
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
Maşın məktəbli qardaşları vurdu
Ruslar kütləvi zərbəyə hazırlaşır, məlumatımız var
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
13 Azərbaycan vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Müğənni həbsxanaya göndərildi
Bu dəfə serial ulduzu olacaq
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq