Keçmiş bələdiyyə sədri faciəvi şəkildə öldü
Bursada yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində Yenişehir Bələdiyyə Başçısı Mehmet Kaya həyatını itirib, həyat yoldaşı və "TIR" sürücüsü yaralanıb.
KONKRET.az xəbər verir ki, qəza Yenişehir rayonu ərazisində, Közdərə yolunda baş verib.
Mehmet Kayanın idarə etdiyi avtomobil Yenişehir yolundan Közdərə istiqamətindən çıxarkən dairəvi yolla qarşı tərəfdən gələn O.Y.-nin idarə etdiyi pikapla toqquşub.
Toqquşmanın təsirindən hər iki avtomobil yolun kənarındakı otluq əraziyə çırpılıb. Yan tərəfdə oturan avtomobil aşıb və metal yığınına çevrilib.
Ətrafdakıların xəbərindən sonra hadisə yerinə jandarma, yanğınsöndürmə bölməsi və təcili tibbi yardım briqadaları göndərilib.
Avtomobildə sıxılmış vəziyyətdə qalan keçmiş Yenişehir Bələdiyyə Başçısı Mehmet Kayanın öldüyü, yanında olan həyat yoldaşı Kadriye Kayanın isə yaralı vəziyyətdə xilas edildiyi açıqlanıb.
Yaralanan Kaya və pikap sürücüsü O.Y.-yə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Yenişehir Dövlət Xəstəxanasına aparılıb.
Dəniz Pənahova
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq