Keçmiş oliqarx deputatın şirkəti dövlət qurumlarına meydan oxuyur - Nəsimi sakinləri etiraz edir

Keçmiş oliqarx deputatın şirkəti dövlət qurumlarına meydan oxuyur - Nəsimi sakinləri etiraz edir"Nəsimi rayonunun Novruzov qardaşları küçəsində("Papanin" adlanan ərazi) "Pilot-16″ şirkətinin mütəmadi olaraq, tikinti, əməyin mühafizəsi normalarına əməl etmədən, gecənin gec, səhərin çox erkən saatlarında tikinti və betonlama işləri apararaq, vətəndaşların istirahət və sağlamlıq hüquqlarını kobud şəkildə pozur. Vətəndaşların etirazlarına, rəsmi qurumlara müraciətlərinə baxmayaraq, şirkət öz qanunsuz əməllərini davam etdirir".
Bu sözləri Editor.az-a açıqlamasında Novruzov qardaşları küçəsinin sakinləri deyib. Onların sözlərinə görə, sakinlərin dövlət qurumlarına müraciətlərinə aidiyyatı üzrə reaksiya verilərək, şirkətə xəbərdarlıq edilməsinə baxmayaraq ərazidə vəziyyət dəyişməyib: "Müraciətlərimizdən dərhal sonra Bakı şəhər Baş Polis İdarəsi, Nəsimi rayon Polis İdarəsi və 20-ci polis bölməsindən məsələ ilə yaxından maraqlanaraq, şirkətin səlahiyyətli şəxsinin müvafiq qaydada cərimələndiyi haqqında şifahi və yazılı məlumat verdilər. Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətindən məsələnin araşdırılması və qanuni ölçü götürülməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə müraciət göndərildiyi haqqında məlumat verildi. Ancaq Nəsimi rayon İcra Hakimiyyəti məsələ ilə bağlı susur.
Görünür elə bunun nəticəsidir ki, dövlət orqanlarının xəbərdarlıqlarına baxmayaraq, keçmiş oliqarx-deputat Əsabil Qasımova aid olduğu deyilən "Pilot-16″ şirkəti mütəmadi qaydada gecənin gec, səhərin erkən saatlarında ərazidə ağır tonnajlı maşınlar və texnikalar vasitəsi ilə tikinti və betonlama işlərini həyata keçirməyə davam edir. Bu evində xəstə, körpə olan, səhər saatlarına işə gedəcək vətəndaşların istirahət, sağlamlıq hüquqlarının kobud şəkildə pozulması, eyni zamanda qanunlara, dövlət orqanlarının tələblərinə açıq hörmətsizlikdir". / azxeber.com

Sosial       Tarix: 18 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com qarabag dunya xeberleri kriminal bugun