Keçmişdən bu günə: Azərbaycan-Özbəkistan dostluğu

Keçmişdən bu günə: Azərbaycan-Özbəkistan dostluğuAzərbaycanın xarici siyasətində Özbəkistan ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan hər iki xalq arasındakı əlaqələrin tarixi qədim dövrlərə gedib çıxır. Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib.
Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Xalqlarımızı oxşar milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz "Xəmsə"sini Nizami Gəncəvinin "Xəmsə"sindən ilhamlanaraq qələmə alıb.
Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün də on minlərlə azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri sıx dostluğa, qardaşlığa əsaslanmaqla, yüksək səviyyəsinə çatıb. Bu münasibətləri tarixi bağlar daha da möhkəmləndirir. Azərbaycan-Özbəkistan münasibətləri iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində demək olar ki, bütün sahələrdə artan templə inkişaf etməkdədir.
Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin may ayında Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin inkişafında şübhəsiz ki, dövlət başçılarının səfərləri xüsusi əhəmiyyətə malikdir. Son illər Azərbaycan və Özbəkistan liderlərinin bir sıra qarşılıqlı səfərləri həyata keçirilib. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Bakıya rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan liderləri – İlham Əliyev və Şavkat Mirziyoyev – Ali Dövlətlərarası Şuranın ikinci iclasının qərarını imzaladılar, müxtəlif sahələri əhatə edən mühüm sənədlərə qol çəkdilər.
Rəsmi tədbirlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatla çıxış ediblər. ölkə başçısı bildirib ki, "bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir".
Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk".
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib.
Sənədlər arasında 2022-ci ildə imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi" sənədi xüsusilə seçilir. Ən mühüm mərhələlərdən biri isə 2024-cü ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində imzalanmış Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqavilə olmuşdur. Sənəd aprelin 30-da Özbəkistan parlamenti tərəfindən ratifikasiya olunaraq, münasibətlərə hüquqi-müttəfiqlik statusu vermişdir.
Hazırda münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir.
Tariximizin ağrılı səhifələrinə nəzər salsaq görərik ki, 1930-cu illərin repressiya dalğaları zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınmış və orada yeni həyat qurmuşdur. Bu humanitar təmaslar hər iki xalqın bir-birinə mənəvi bağlılığını daha da gücləndirmişdir. 1966-cı ilin aprelində Daşkənddə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan xalqı öz humanist ənənəsinə sadiq qalaraq qardaş köməyini əsirgəməmişdir. Zəlzələdən sonra şəhərin yenidən qurulmasında azərbaycanlı mütəxəssislər, mühəndislər və tikinti işçiləri yaxından iştirak etmişlər.  Bu gün Özbəkistanda 70 mindən artıq azərbaycanlı yaşayır və onlar ölkənin sosial, iqtisadi və ictimai həyatında fəal iştirak edirlər.
Hər iki ölkə beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir. Özbəkistan, Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib. Bu həm siyasi, həm də mənəvi dəstək kimi yüksək dəyərləndirilir. Azərbaycan və Özbəkistan, Mərkəzi Asiya və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması üçün ortaq mövqe nümayiş etdirir.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam bu münasibətlərin əsas dayaq nöqtəsidir. Liderlər regionda sabitlik və Türk dünyasının birliyi naminə ardıcıl və məqsədyönlü addımlar atırlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir. Hər iki ölkənin xarici siyasət kursu qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünün dəstəklənməsi və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulub. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.
Mətbuata bəyanatında Prezident cənab İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib.  Prezident cənab İlham Əliyev bildirib: "Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar".
Elxan QULİYEV
Əməkdar müəllim / azxeber.com

Siyasi     Baxılıb: 140   Tarix: 03 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

SON DƏQİQƏ: İran hava məkanını bağladı - ABŞ-a cavab zərbələri endiriləcək

İran Fars körfəzində genişmiqyaslı hərbi təlimlərə başlayıb. İranda gərginlik artmaqdadır. Ölkənin Fars körfəzi bölgəsində partlayış səslərinin eşidildiyi bildirilir. İran Silahlı Qüvvələri canlı döyüş atışları ilə müşayiə

ABŞ İrana qarşı "ildırımsürətli müharibə" planı həyata keçirəcək – Tarix açıqlandı

"ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı "blitzkriq" üslubunda ("ildırımsürətli müharibə", -red) hərbi hücumlara hazırlaşır. Bu, müxtəlif proqnozlara əsasən bu həftə ərzində baş verəcək". xəbə

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidi

Xameneinin nəvəsi haqda ŞOK MƏLUMATLAR YAYILDI -  Görün nələr edib (FOTO)

Böyük Britaniyanın nüfuzlu nəşri Daily Mail İranın ali dini lideri Əli Xameneinin nəvəsinin Londonda iri həcmli daşınmaz əmlak portfelinə sahib olduğunu yazıb.  xəbər verir ki, nəşrin araşdırmasına görə, Əli Xameneinin nəvəs

Türkiyədən İranla bağlı ŞOK QƏRAR – Dəhşət yaşana bilər

Türkiyə İranın zənginləşdirilmiş uranını öz üzərinə götürməyi təklif edə bilər. xəbər verir ki, bu barədə İsrailin nüfuzlu nəşri Haaretz məlumat yayıb. Məlumata görə, mümkün təklif İranın təxminən 440 kiloqram həcmində, 6

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr baş tutub

Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası Xarici İşlər Nazirlikləri arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.  xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Nümayəndə heyətinə Azərbayca

İTV-yə yeni üzvlər seçildi: Ləğv edilmiş holdinqin keçmiş rəhbəri, din xadimi və çempion

"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında" qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. -un məlumatına görə, Milli Məclisin sədr

Prezident İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin etimadnaməsini qəbul edib. /

Rəsmi Bakı QƏRAR VERDİ: Azərbaycanın bu gedişi hər şeyi dəyişəcək

Yaxın Şərqdə, xüsusilə də İran ətrafında vəziyyətin sürətlə gərginləşməsi region ölkələrinin diqqət mərkəzindədir. Artan hərbi-siyasi risklər fonunda beynəlxalq ictimaiyyət mümkün eskalasiya ssenarilərini müzakirə edir, aparıc


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri cəbhədən xəbər sonxeber cəbhədən son vəziyyət