Putin hədəfi göstərdi, orduya vaxt verdi – Kiyevdən ağlasığmaz plan

Putin hədəfi göstərdi, orduya vaxt verdi – Kiyevdən ağlasığmaz planRusiya ordusunun Ukraynanın Pukrovsk bölgəsi istiqamətində son 24 saatda 68 hücumu dəf edilib. Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin orduya noyabrın 15-dək Mirnoqrad və bütün Pokrovsk aqlomerasiyasını ələ keçirməyi tapşırıb.
Rus ordusu son olaraq Pokrovskun mərkəzinə doğru və şəhərin cənub-şərqində irəliləyib. Lakin Ukrayna Silahlı Qüvvələrinin ciddi müqaviməti nəticəsində böyük itki ilə üzləşiblər.
Kreml rəhbəri niyə məhz bu bölgənin ələ keçirilməsi ilə bağlı tapşırıq verib?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Pokrovsk şərqdə Ukrayna qoşunlarının təchizat açarı olan və ölkənin müdafiəsinin əsasını təşkil edən digər şəhərlərə bağlı bir növ "qala kəməri"dir:
"Rusiya böyük itki hesabına olsa da, Pokrovsku ələ keçirə bilər. Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya qoşunlarının irəliləmə tempi qarşısında müdafiə mexanizmlərinin qurulmasının çətinliklərini etiraf etməsi də bu nəticəyə gəlməyə əsas yaradır.
Ukraynanın öz ərazilərində güclü əks-hücum kampaniyası reallaşdırması mürəkkəb və çətindir. Ən azından ona görə ki, Ukrayna qoşunlarında canlı qüvvə qıtlığı şəxsi heyətin hücum əməliyyatları üçün komplektləşdirilməsinə maneə yaradır. Bununla belə, Ukrayna müharibənin gedişatında qərarverici səviyyədə əks-balans yaradılması üçün Rusiyanın təhlükəsizlik boşluqlarına və kəşfiyyat orqanlarındakı zəifliklərə nəzər salır.
Bu baxımdan, Rusiya Ukrayna ərazilərində nailiyyətlərə fokuslansa da, Kiyevin missiyası Moskvanı daxildən müharibə şəraiti ilə üzləşdirməyi prioritetləşdirir".
Ekspert hesab edir ki, Ukrayna Böyük Britaniya və ABŞ kəşfiyyat subyektlərinin əməliyyat planı ilə Rusiya daxilində yeni hücum modeli hazırlayır:
"Bu əsasda Ukrayna Rusiya hüdudlarında "ən yaxın müttəfiqlər" və faydalı alətlər axtarır. Kiyev Rusiyanın təhlükəsizlik və kəşfiyyat xidmətləri arasındakı rəqabətdən faydalanaraq prosesi Vladimir Putinə qarşı qüvvələrin fəallaşması ilə nəticələndirməyi hədəfləmiş ola bilər. Məqsəd kəşfiyyat və təhlükəsizlik subyektlərini Putinin qərarlarına qarşı siyasi status səviyyəsinə qaldıracaq proseslərin hazırlanmasıdır.
Putin hədəfi göstərdi, orduya vaxt verdi – Kiyevdən ağlasığmaz planAqşin Kərimov
Ukraynanın bu prosesdə aqressiv hərəkat başlatması üçün onun Qərbin kəşfiyyat dəstəyi ilə paralel, hərbi texnikalarına, silahlarına ehtiyac var. Çünki Rusiyanın arxa cəbhə dərinliklərinə effektiv zərbə endirmədən Ukraynanın anti-Putin prosesi başlatması çətindir. Buna görə də, Kiyevin Moskvanı müharibə məqsədlərindən çəkindirmək, onun dövlət aparatını istədiyi nöqtəyə qədər parçalamaq planının nə qədər məhsuldar olacağı suallar yaradır".
Kərimovun sözlərinə görə, Rusiya ərazi uğurlarını Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla mümkün razılaşmalarına təkan verəcək mühüm təfərrüat kimi strukturlaşdırır:
"ABŞ və Rusiyanın ikitərəfli münasibətləri təhdid ritorikasından əməkdaşlıq prioritetlərinə çevirməsi iki dövlətin gündəliyində əhəmiyyətli yer tutur. Putinlə Tramp hər iki ölkənin gərginliyi artıracaq növbəti addımlardan qaçmaqla Ukrayna ərazilərində güzəşt üçün strateji sahə axtaran model tərtib edirlər.
Bu tərtibat hələlik uğurlu deyil. Üstəlik Ukrayna ilə əlaqədar Ağ Evlə Kremlin əsas dinamikaları əvvəldən mərkəzləşmiş strategiyaya əsaslanır.  Buna görə də, ABŞ ilə Rusiya arasında ən mühüm ikitərəfli münasibətlər belə münaqişələrin eskalasiyası dövrlərinə və bundan irəli gələn qeyri-sabitliyə qarşı həssaslıq riskini aradan qaldırmır".

Siyasi       Tarix: 04 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 butun xeberler cəbhədən şad xəbər xeberler azerbaycan