Kəllə-beyin travmalarından qorunmaq və riskləri azaltmaq yolları

Kəllə-beyin travmalarından qorunmaq və riskləri azaltmaq yollarıGündəlik olaraq baş verən qəzalar zamanı bir çox travmalar meydana gəlir. Onların içərisində ən çox rast gəlinən və daha çox təhlükə yaradan kəllə-beyin travmalarıdır. Birbaşa həyati təhlükə yaradan bu travmalar zamanı təcili olaraq tədbir görülməsi tələb olunur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, tanınmış neyrocərrah Vüqar Mirzəliyev bu travmalardan qorunmaq, riskləri azaltmaq üçün bir sıra tövsiyələrini açıqlayıb.
Həkim bildirib ki, hər hansı bir zərbə və ya qəza nəticəsində kəllə-beyin travması yarana bilər. Travma sonrası, travma almış şəxs qəzanın necə olduğunu, əvvəli və sonrasını xatırlamırsa, yuxuludur və ya oyandırıla bilmirsə, həyatı risk altında ola bilər:
"Travmalar, beyində ciddi yaralanmalar nəticəsində qalıcı izlər buraxa bilər. Zamanında və doğru müdaxilə, xəstənin həyatını qurtara bilər.
Kəllə-beyin travmaları, əlilliyə səbəb ola bilən və uzun müddət baxıma ehtyac olan vəziyyətlərə yol aça bilər. Kəllə-beyin travmaları ehtimalını azaltmaq üçün hər hansı bir iş görərkən ya da idman edərkən ehtiyatlı davranmaq lazımdır. Məsələn, motosiklet, velosiped ya da ata minərkən mütləq başa kaska taxılmalıdır. Avtomobil qəzalarında travma riskini azaltmanın ən önəmli yolu isə, qoruyucu kəmər taxmaqdır".
Həkimin sözlərinə görə, başa dəyən zərbə nəticəsində dərinin zədələnməsi, beyin əzilməsi, beyinə qan yığılması, kəllə sümüyü sınıqları yarana bilər: "Başa olan çox yüngül bir zərbə belə bəzən çox ağrılı ola bilər. Çünki üz və kəllə dərisi bədənin digər nahiyələrinə nisbətən daha həssasdır. Başın dərisində çoxlu qan damarı olduğundan kiçik bir kəsikdən böyük miqdarda qanama meydana gələ bilər. Zərbə nəticəsində dərinin tamlığı pozulmasa, qan dəri altına yığılaraq şişkinliyə səbəb ola bilər".
Neyrocərrah vurğulayıb ki, travma alan şəxs ən qısa zamanda xəstəxanaya çatdırılmalıdır: "Tələsən zaman pasiyentə daha çox zərər verməmək üçün mövcud pozisiyası mümkün qədər qorunmalıdır. Xəstəxanada kəllə-beyin travması almış şəxs neyrocərrah tərəfindən dəyərləndirilməli və lazımi müayinələr olunmalıdır".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 06 sentyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler azerbaycan bugünki xəbərlər son.xeberler cəbhədən video