Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır: 'Bilmirəm, kimə qoşulub

Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır: 'Bilmirəm, kimə qoşulubÜç ay əvvəl dənizdə batdığı deyilən və axtarışları aparılan gəncin ailəsi onun ölmədiyini, itkin düşdüyünü iddia edir.
azxeber.com xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən 27 yaşlı Kənan Qurbanovun atası Vaqif Qurbanov düşünür ki, oğlu bunu planlı şəkildə edib.
Onun sözlərinə görə, avqustun 19-da ailəlikcə dəniz kənarında istirahətdə olublar: "Dedik-güldük, əyləndik. Elə gözümüzün qabağında da yoxa çıxdı. Hara getdi, niyə getdi bilmədik. Axtardıq, tapa bilmədik. FHN-in nümayəndələri onun axtarışları ilə məşğul oldular.
Bütün gecəni yatmadım, oturdum dənizin kənarında. Amma onlar da dedilər ki, Kənan batsaydı, nəşi üzə çıxardı. Elə mən özüm də bu fikirdəyəm.
Çünki oğlum itəndən sonra evdə bir dəst paltarının olmadığını gördük. Bundan başqa o, bankdan da 3500 manat kredit pul götürübmüş. Kənan yoxa çıxdıqdan sonra avtomobildən banka aid olan sənədlər tapdım. Pulu niyə götürüb, bilmirik. Özünün də belə şeylərdən xoşu gəlmirdi. Özü də sadə telefon işlədərdi. "Instagram"a belə ya mənim, ya da anasının telefonu ilə girirdi. Zəhmətkeş uşaq idi, elə olurdu ki, bir gün evə gəlirdi, bir gün gəlmirdi. Kənan İçərişəhərdə skripkada ifa edirdi. Onu kimlərsə yoldan çıxarıb, bilmirəm kimə qoşulub..."
Vaqif Qurbanov məsələ ilə bağlı polisə də müraciət edib: "Bütün sənədləri, xarici pasportu da evdədir. Ölkədən çıxıbmı, onu da bilmirəm. Bütün dostları, tanışları ilə də danışmışam. Heç kim bilmir ki, Kənan hardadır. Heç olmasa, bircə dəfə zəng etsə, desə ki, "yaxşıyam" bizə bəs edər. Təki onun sağ olduğunu bilək. Hələ də dənizin kənarına gedib-gəlirəm. Bəlkə qayıdar deyə".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirdi ki, itkin düşmə ilə bağlı axtarış elan edilən şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
İddialarla əlaqədar Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan məsələ haqda belə cavab verildi:
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 19 avqust 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun dənizdə batması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Dənizdə batdığı ehtimal olunan vətəndaşın axtarışları 31 avqust 2024-cü il tarixinədək intensiv şəkildə aparılıb.
Ailə üzvlərinin müraciəti əsasında dənizdə axtarışlar dayandırılıb.
Axtarış-xilasetmə əməliyyatları zamanı Qurbanov Kənan Vaqif oğluna məxsus heç bir əşya tapılmayıb".

Sosial       Tarix: 12 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler son xeberler azerbaycan xeberleri maraqlı xəbərlər krminal bu gun bu gunun xeberleri axsam.az xeberler