Kənd əhalisi qidaya niyə çox pul xərcləyir? - AÇIQLAMA
Kənd təsərrüfatı ilə məşğul olan insanların qidaya şəhər əhalisi qədər pul xərcləməsi hansı problemlərdən xəbər verir?
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, 2023-cü ilin ilk yarısında Azərbaycanda adambaşına istehlak xərcləri 337.51 manat olub. Şəhər əhalisi adambaşına 351.84 manat xərcləməklə bunun 44 faizini və ya 154.98 manatını qidaya xərcləyib. Kəndlərdə yaşayan əhali isə hesabat dövründə aylıq adambaşına 321.01 manat istehlak xərclərinin 46.78 faizini və ya 150.16 manatını qidaya xərcləyib.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Mahir Zeynalov KONKRET.az-a açıqlamasında deyib ki, kənd və şəhər əhalisinin qidaya xərclədiyi vəsaitin faiz etibarilə yaxın olmasının səbəbi camaatın son illər şəhərə axınıyla əlaqədardır.
Ekspertin fikrincə, digər səbəblərdən biri də kənd yerlərində bir çox qida məhsullarının ticarət şəbəkələrindən alınması ilə bağlıdır.
Mahir Zeynalov onu da vurğulayıb ki, əgər kənddə yaşayan bir şəxs göyərtini, yumurtanı da marketdən alırsa, bu əlbəttə ki, özünü onun istehlak xərclərində də göstərəcək: "Digər tərəfdən, kənd yerlərində əhalinin gəlirləri daha aşağı olduğundan xərcləmələrində də ərzaq xərclərinin payı yüksəkdir. Bu təxminən 47 faiz təşkil edir", – deyə ekspert əlavə edib.
Bünyamin Bünyadzadə,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR