Kənd Təsərrüfatı Nazirliyi yem sənayesinə vergi güzəştlərinin ölkəyə təsirini açıqladı

Kənd Təsərrüfatı Nazirliyi yem sənayesinə vergi güzəştlərinin ölkəyə təsirini açıqladıAzərbaycanda yem sənayesi bütün dəyər zənciri boyunca əlavə dəyər vergisindən azad edilməsi ölkədə istehsal edilən yem məhsullarının maya dəyərinin azalmasına, daxili bazarda yem məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə səbəb olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldar Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul tarixli fərmanına əsasən 60-dan çox məhsulun və xammalın ƏDV-dən azad edilməsi ilə bağlı siyahısı təsdiq edilib: "Həmin siyahıda 25-ə yaxın xammal məhz kənd təsərrüfatı sahəsini əhatə edir. Bu isə birbaşa heyvandarlıq sektoru ilə bağlıdır".
Nazirlik rəsmisi vurğulayıb ki, heyvandarlıq sektorunun inkişafında əsas seqmentlərdən biri yem və yem bazasının təşkil edir: "Genetik potensiallı heyvanların yetişdirilməsində düzgün yem rasionu istifadə edilmədiyi halda istənilən nəticəni və məhsuldarlığı almaq qeyri-mümkündür. Azərbaycanda soya, günəbaxan istehsal edilsə belə biz məhz idxaldan aslıyıq".
E.Həsənov bildirib ki, ölkənin 1,5 milyon ton qüvvəli yemə ehtiyacı var: "Azərbaycanda 4 milyon 272 mindən çox heyvan var. Bunların yemlənməsində qeyd edilən siyahı üzrə komponentlərin xüsusi əhəmiyyəti var. Aparılmış tədqiqatlar göstərir ki, ölkənin 200 min tona yaxın soyaya ehtiyacı vardır ki, onun da 150 min tonu quşçuluq sənayesinin payına düşür. Ölkəmiz üzrə həm iri südçülük təsərrüfatlarında, həm də quşçuluq təsərrüfatlarında dünya bazarında qeyd edilən məhsulların qiymətinin artması ilə bərabər daxili bazarda da 77 %-ə qədər müvafiq qiymətlərdə dəyişikliklər olub. Soyanın idxal dəyəri bazarda 3-4 dəfə, təqribən 300-400 manatdan 1 200 manata çatıb. Geosiyasi vəziyyətlə əlaqədar olaraq bir sıra yem məhsullarının idxalı ilə bağlı müəyyən çətinliklər yaranıb. Ümumiyyətlə, bu siyahı üzrə 18 % ƏDV-nin götürülməsi həm sənaye yönümlü emal müəssisələrində, həm də bəzi təsərrüfatlarının özlərinin daxilində balanslaşdırılmış yem istehsalında maya dəyərinin aşağı düşməsində və dəyər zəncirdə öz rolunu göstərəcək".

Sosial       Tarix: 11 iyul 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun sonxəbərlər cəbhədən xəbər xeberler bugun