Keniya məhsulları Avropa bazarına rüsumsuz daxil olacaq
Avropa İttifaqı Afrika ölkələri ilə iqtisadi əlaqələri gücləndirir.Bu dəfə Keniya və Avropa İttifaqı mal dövriyyəsinin artırılmasıyla bağlı ticarət sazişi imzalayıb.
KONKRET.az xəbər verir ki, İqtisadi Tərəfdaşlıq Sazişi Keniyaya Aİ bazarına rüsumsuz və kvotasız giriş imkanı verəcək.
Avropa mallarına isə Keniyada tarif endirimləri tətbiq ediləcək. Müqavilə 2016-cı ildən bəri Aİ ilə Afrika ölkəsi arasında imzalanan ilk geniş ticarət sazişidir. Keniya Prezidenti Uilyam Ruto Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iştirak etdiyi mərasimdə: "Bu gün həm də tarixi transformasiya üçün tarixi tərəfdaşlığın başlanğıcıdır" deyib. Aİ Keniyanın ümumi ixracının 20 faizindən çoxunu, əsasən tərəvəz, meyvə və ölkənin məşhur çay və qəhvəsi daxil olmaqla kənd təsərrüfatı məhsullarını idxal edəcək. Ötən il ticarətin ümumi həcmi 3,3 milyard avroya çatmışdı.
Vəli Həsənov,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR