Kərimdən Tünzaləyə ultimatum: 'Yarımsaatlıq fonoqramını oxusun və getsin
"Çox mədəni və lazımi olan sözləri demişəm. Bu, milyonlarla insanın demək istədiyi sözlər idi. Danışmağa ixtiyarım var, təhqir etməmişəm, fikrimi söyləmişəm. İxtiyarım çatır söz deməyə. Məndən iki il əvvəl gəlib sənətə. Tam fərqimiz addadır. Ona dövlət tərəfindən ad verilib, mənə hələ yox".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov ARB televiziyasında "Həmin Zaur" verilişində bir neçə gün əvvəl Xalq artisti Tünzalə Ağayeva haqda söylədiyi fikirlərə aydınlıq gətirərkən deyib. O, aparıcının "Bəs, üz-üzə gələndə nə deyəcəksən" sualına isə belə cavab verib:
"Hansı fikirdəyəmsə, onu deyəcəyəm. Əslində məclisə yarımsaatlıq müğənnilər gələndə biz öz otağımızda otururuq. Biri-birimizi görmürük. O bütöv toylara getmir. Onun üçün deyil. Gəlsin yarımsaatlıq fonoqramını oxusun və getsin.
Kərim, Ağayevanın onda aqressiya yaratdığını etiraf edib:
"Mənim xoşuma gəlmir ki, müğənni həmkarını alçaltsın. Sənətdə dostlarım var, onların üstünə gedəndə məndə aqressiya yaranır. Susa bilmirəm, cavab verməyə üstünlük verirəm. Hərənin öz dinləyicisi, sevəni var. Çıxıb demək ki, "Məndən yoxdur", xeyr, elə deyil. Mənim onunla heç bir şəxsi qərəzliyim yoxdur. 20 illik sənət fəaliyyətimdə yalnız 2-3 dəfə məclislərdə üz-üzə gəlmişik".
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var