Keyfiyyətsiz beton qalmaqalı, rüşvət ittihamı - Məşhur şirkət 3,6 milyona məktəb tikəcək

Keyfiyyətsiz beton qalmaqalı, rüşvət ittihamı - Məşhur şirkət 3,6 milyona məktəb tikəcəkElm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Astara rayonunun Sərək kəndində 264 şagird üçün nəzərdə tutulan tam orta məktəbin tikintisi ilə bağlı tenderə yekun vurub.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "İsmayıllı Tikinti-27" Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3 648 949,27 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İsmayıllı Tikinti-27" ASC 5 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 339 144 AZN olan ASC-nin hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 100-də yerləşir. ASC-nin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur. Azad Əliyev həm də ASC-nin İdarə Heyətinin sədridir.
Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən tender elanlarından məlum olur ki, şirkət əsasən dövlət qurumlarının iri məbləğli müsabiqələrinin qalibi seçilir. Baxmayaraq ki, "İsmayıllı Tikinti-27" ASC qalmaqallı şirkət hesab edilir.
Məsələn, şirkətin adı keyfiyyətsiz beton satmaqda hallanır. Bu fakt yerli mediada da tirajlanıb. Vüsal Həsənov adlı şəxs iddia edib ki, "İsmayıllı Tikinti-27" ASC ona keyfiyyətsiz beton satıb. Vüsal Həsənov dediklərini əsaslandırmaq üçün bununla bağlı video da paylaşıb.
Şirkətlə bağlı rüşvət qalmaqalı da yaddaşlardan silinməyib. Bu olay 2018-ci ildə baş verib. İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İş üzrə Faiq Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Faiq Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi onun cəzasını 6 ilə endirib.
"İsmayıllı Tikinti-27" ASC-nin 2023-cü ildə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin tenderi də daxil ümumi maliyyə dəyəri 5 842 679, 48 AZN təşkil edən 5 satınalma müsabiqəsinin qalibi seçilib

Sosial       Tarix: 21 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az cəbhədən görüntüleri sonxeber az enson xeberler