"Khaleej Times" nəşri Heydər Əliyev Mərkəzində keçirilən "Çağırışın 17 siması" adlı sərgidən yazdı - FOTO

"Khaleej Times" nəşri Heydər Əliyev Mərkəzində keçirilən "Çağırışın 17 siması" adlı sərgidən yazdı - FOTO
Dubayda nəşr olunan ingilisdilli "Khaleej Times" qəzetində Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının dəstəyi ilə keçirilən "Çağırışın 17 siması" ("17 Faces of Action") adlı fotosərgiyə həsr olunmuş məqalə dərc olunub.
Oxu.Az-ın məlumatına görə, nəşrdə sərgi barədə ətraflı məlumat verilib, portretləri nümayiş olunan, Vətənin inkişafına misilsiz töhfələr vermiş, bu və ya digər sahədə uğurlar qazanmış 17 Azərbaycan qadını barədə danışılıb.
"Burada şahmat kraliçası Aynur Sofiyeva kimi məşhur simaların portretləri ilə yanaşı, hekayələri bizə o qədər də tanış olmayan, lakin adları nəsillər üçün yazılmağa eyni dərəcədə layiq olan qadınların tanıdılması tədbirin əsas məqamlarındandır. Məsələn, Xanım Babayevanı götürək. Təcrübəli pambıqçı olan Babayeva 1983-cü ildə kənd təsərrüfatı texnologiyalarını inkişaf etdirdiyinə görə SSRİ Dövlət Mükafatına layiq görülüb. Yaxud həyatı sonsuz insan potensialının və əzmkarlığının sübutu olan, paralimpiyaçı disk atıcısı Solmaz Səfərova...
Azərbaycan qədim zamanlardan xalçaçılığın mərkəzi kimi tanınıb. Xalq yaradıcılığının bu məşhur növü nəsildən-nəslə ötürülüb. Onun ən gənc dəstəkçilərindən biri Sevinc Əliyevadır. Qalereyada 20 yaşlı istedadlı toxucunun fotoşəkli Fatma Səttarovanın portreti ilə maraqlı kontrast yaradır, onlar arasında oxşarlıq da nəzəri cəlb edir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Fatma Səttarovanı İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığa görə nüfuzlu "İstiqlal" ordeni ilə təltif edib. Onun hekayəsi, bəlkə də, bu seriyanın ən ümidverici hekayələrindən biridir. Hərbi tibb bacısı, blokadadan sağ çıxan, cəsarətli qəhrəman, iqtisadçı və xilaskar - bu, xalqına sevgisi, dövlətə fədakar xidməti olan qadındır", - deyə nəşrdə bildirilib.
Resursda layihənin ilk dəfə Azərbaycanda həyata keçirildiyi vurğulanıb və dünyanın daha 16 ölkəsində reallaşdırılacağı qeyd edilib.

Turizm       Tarix: 06 yanvar 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler xeber.az son xeberler en son xəbərlər bugün son xeberler bugun 2026 canli