Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında - Dayan, Düşün, Dəqiqləşdir

Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında - Dayan, Düşün, DəqiqləşdirHər il oktyabr ayı dünyanın bir çox ölkələrində "Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı" kimi qeyd olunur. Bu çərçivədə cəmiyyətdə kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, vətəndaşlar və şirkətlər arasında kibergigiyena qaydalarının təşviq edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Son dövrdə ölkəmizdə də hər kəsi düşündürən vacib sual məhz budur - özümüzü kiberdələduzlardan necə qoruyaq? Bu istiqamətdə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının  dəstəyi ilə maliyyə qurumları tərəfindən bir çox maarifləndirmə layihələri həyata keçirilir.
Mütəmadi olaraq kiberdələduzluğa qarşı çağırışlarla gündəmə gələn Kapital Bank Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında da müştərilərini məlumatlandırmağa davam edir. "Dayan, Düşün, Dəqiqləşdir!" şüarı ilə müştərilərinə müraciət edən bank, hər kəsi real həyatda olduğu kimi rəqəmsal dünyada da diqqətli olmağa çağırır.
Dələduzların əsas məqsədi hədəf şəxsi həyəcanlandırmaq, təlaşlı vəziyyətə salmaq, qurbanlarına düşünmək üçün zaman vermədən özlərini həll təqdim edən şəxs kimi göstərib onları tora salmaqdır. Məhz bu zaman atılmalı olan ən vacib addım tələşlanmadan dayanmaq, düşünmək və dəqiqləşdirməkdir. Bunun üçün aşağıdakı məqamları bilmək olduqca vacibdir.
Banklar adından edilən zənglərə qarşı diqqətli olun. Xüsusən də bu zənglər +994 kodu ilə başlamayan xarici ölkədən və ya "WhatsApp" kimi sosial şəbəkə hesablarından edilərsə. Unutmayın ki, bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici ölkədən zəng edə bilməz. Belə bir zəng almısınızsa və sizdən kartınızın üzərindəki 16 rəqəmli PAN nömrə, 3 rəqəmli CVV kod və ya mesajla göndərilən 4 rəqəmli birdəfəlik şifrə (OTP kod), şəxsiyyət vəsiqəsinin FİN kodu istənilirsə əmin ola bilərsiniz ki, siz bank əməkdaşı ilə yox, dələduzla danışırsınız. Bu zaman sizə göndərilən linklərə daxil olmaq qətiyyən olmaz. Əks halda telefonunuzun idarəsini itirmiş və dələduza telefonunuzdakı bütün proqramlardan, həmçinin də bank hesablarınızdan istifadə üçün icazə vermiş olacaqsınız. Kapital Bank bu mövzuda zəng edən əməkdaşın bank nümayəndəsi olub olmadığını yoxlamaq imkanı verir. Bu, Birbank mobil tətbiqindəki yeni funksionallıqla mümkündür. Belə ki, sizə Kapital Bank adından zəng gəldiyi halda zəng edən şəxsdən Birbank tətbiqinə bildiriş göndərməsini tələb edə bilərsiniz. Daha sonra mobil tətbiqə daxil olun. Zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alacaqsınız. Bildirişdə qeyd edilir: "Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik". Bu bildirişi aldığınız təqdirdə zəng edən şəxslə danışığınızı davam etdirə bilərsiniz. Əks halda zəngi dərhal sonlandırın.  Mobil tətbiq istifadəçisi olmayan şəxslərə isə eyni mesaj Birbank vasitəsilə sms-lə göndərilir.
İnvestisiya təklifləri təhlükəli ola bilər. Dələduzlar xüsusən sosial şəbəkələrdə insanlarla əlaqəyə keçib müxtəlif investisiya üsulları təqdim edirlər. Bu zaman kiçik məbləğlər qarşılığında daha böyük məbləğlər vəd edilir. Bəzən bu məbləğlər göndərilsə də nəticədə bütün məbləğ mənimsənilir və vətəndaşlar aldadıldıqlarını anlayırlar.
Kartın 3-cü şəxslərə verilməsi yolverilməzdir. Son zamanlar məlumatsız şəxslərin aldadılması və onlara məxsus bank kartlarının alınması ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlara yaxınlaşan dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir. Bank kartını başqalarına verməyin təhlükəli nəticələri ola bilər. Hər şeydən öncə bu şəxsi məlumatların oğurlanması deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən, oğurluq  pulların izlərinin itirilməsində məhz bu kartlar istifadə edilə bilir. Həmçinin hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – .  / azxeber.com

İqtisadiyyat       Tarix: 17 oktyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər hava durumu novruz bayramı xabar az