Kişi qaynı qızına qarşı seksual xarakterli hərəkətlər etdi - Azərbaycanda şok

Kişi qaynı qızına qarşı seksual xarakterli hərəkətlər etdi - Azərbaycanda şokBiləsuvar rayonunda 1958-ci il təvəllüdlü Məhəmməd qaynının on dörd yaşına çatmayan qızları - 2010-cu il təvəllüdlü Səbinə və 2012-ci il təvəllüdlü Səidəyə (adlar şərti verilib - red.) təcavüz edib.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, Məhəmməd cinsi ehtirasını təmin etmək məqsədilə qaynı Vəlinin qızı Səbinəyə seksual xarakterli hərəkətlər edib. Çirkin əməllərini o, 2019-cu il aprelin 24-dən mayın 14-dək müxtəlif vaxtlarda Biləsuvar şəhərindəki evində, eləcə də qaynı Vəlinin mənzilində başqa şəxslərin olmadığı zamanlarda edib.
Bundan başqa Məhəmməd qaynı Vəlinin digər azyaşlı qızı Səidəyə qarşı da seksual hərəkətlər edib. Bu hərəkətini 2019-cu ilin aprelin 24-dən mayın 14-dək müxtəlif vaxtlarda yaşadığı evdə, habelə qaynının mənzilində edib.
İstintaq orqanı Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edib.
"Məni şərləyəcəyini bildirdi"
Təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, 2-ci qrup əlildir və əlilliyi ürək-damar xəstəliyi ilə əlaqədardır. Barəsində şikayət edən Vəli onun arvadı Səmayənin qardaşıdır: "Təxminən 15 il bundan əvvəl Vəlidən 400 dollar borc aldım. Əvvəlcə Vəli həmin pulu məndən istəmədi. Sonra maddi vəziyyəti pisləşdiyindən 31 iyul 2019-cu ildə zəng edərək həmin pulu indiki məzənnə ilə, 3000-4000 manat civarında tələb etdi.
Hazırda kreditim olduğundan yeni kredit götürə bilmədim. Lakin oktyabr ayında yeni kredit götürərək borcumu qaytaracağımı bildirdim. Vəli isə mənə borcu qaytarmaq üçün bir gün vaxt verdi. Əks halda məni şərləyəcəyini bildirdi".
"Mənə "Məhəmməd baba" deyiblər"
Təqsirləndirilən şəxsin sözlərinə görə, heç bir vaxt Vəlinin azyaşlı uşaqlarına qarşı əxlaqsız hərəkətlər etməyib: "Onları öz nəvələrim qədər istəmişəm. Uşaqlar da mənə "Məhəmməd baba" deyə müraciət ediblər.
Lakin Vəli mənim qızlarım və bacım qızları ilə əxlaqsız hərəkətlər edərək videoya çəkib, yayacağını bildirdi. Borcu qaytara bilmədiyimdən Vəlinin məni el içində rüsvay edəcəyindən qorxaraq növbəti gün şəhər qəbiristanlığına getdim, anamla halallaşdım, özümə qəsd etmək niyyətinə düşdüm.
Özümlə götürdüyüm lezva ilə qolumu doğradım. Çoxlu qan itirdiyimdən özümü pis hiss etdim, bunun üçün hadisə barədə arvadıma məlumat verdim. Oğlum Faiq qəbiristanlığa gələrək məni evə gətirdi. Hadisə barədə xəstəxanaya və polisə məlumat verməyi lazım bilmədim".
Məhəmməd qeyd edib ki, bundan sonra qaynı Vəli onun barəsində şikayət edib və azyaşlı qızları ilə əxlaqsız hərəkətlər etməsini bildirib: "Heç bir vaxt qaynımın azyaşlı qızlarına qarşı əxlaqsız hərəkətlər etməmişəm. Deyilənlər yalan və böhtandır".
"İstəyini yerinə yetirmək istədi"
Cinayət işi üzrə təqsirləndirilən şəxsin arvadı Səmayə şahid qismində ifadə verib. O bildirib ki, 2012-ci ildə onun anasının hüzr məclisində Vəlinin arvadı Sevillə baldızları arasında söz-söhbət yaranıb: "Sevil baldızlarıma "görün sizin başınıza nə oyun açacağam" dedi. Məhəmmədi şərləmək yolu ilə Sevil öz istəyini yerinə yetirmək fikrinə düşdü. Yalandan ərini aldatdı, azyaşlı qızlarını öyrətməklə Məhəmmədi şərlədi".
Səmayənin sözlərinə görə, 15 il bundan əvvəl Məhəmməd Vəlidən 400 dollar borcu olub: "Vəli həmin pulu indiki məzənnə ilə 3000-4000 manat həcmində tələb etdi. Məhəmməd isə krediti qurtaran kimi yeni kredit götürüb, borcunu qaytaracağını bildirdi.
Dəfələrlə qardaşımdan Məhəmmədlə aranızda nə baş verdiyini soruşdum. Lakin mənə bu barədə heç nə bildirmədi. Aralarında olan söhbətin mənə heç bir aidiyyəti olmadığını söylədi".
"Guya əxlaqsız hərəkətlər edib"
Səmayə qeyd edib ki, mayın 26-da qardaşı Vəli onlara gəlib: "Qardaşımla Məhəmməd arasında nə məsələ olduğunu soruşdum. Vəli onunla Məhəmməd arasında həllini tapası məsələ olduğunu bildirdi.
Vəli Məhəmmədə çox təzyiq etmişdi. Bu səbəbdən Məhəmməd anasının qəbri üstünə gedərək özünü doğradı. Oğlum Faiq onu qəbiristanlıqdan evə gətirdi, aptekdən dərman alaraq evdə müalicə apardıq. Bununla əlaqədar xəstəxanaya və orqanlara müraciət etməmişik.
Bunu eşidən Vəli Məhəmmədin onun azyaşlı qızları ilə guya əxlaqsız hərəkətlər etməsi barədə şikayət etdi. Əslində Vəli, qızları və arvadı yalandan ifadə verib, Məhəmmədi şərləyiblər.
Məhəmməd özünü doğradığından sonra bundan qorxan Vəli şikayət etdi ki, guya azyaşlı qızları barəsində əxlaqsız hərəkətlər olub. Əslində qardaşım azyaşlı uşaqlarını evimdə qoyub, arvadı ilə Bakı şəhərinə gedən gün özüm, iki qızım, iki oğlum bütün gün evdə olublar. Həmin vaxt Məhəmməd evdə olmayıb.
Məhəmməd evdə olmadığı üçün belə bir iş görməsi mümkün deyil. Həmin gün evdə olsa belə, onun belə bir əxlaqsız hərəkətə yol verəcəyini qeyri-mümkün sayıram".
"Azyaşlı qız uşaqlarına meyilli olmasını hiss etməmişəm"
Səmayə bildirib ki, ər-arvad kimi yaşadıqları müddət ərzində ondan belə bir pis vərdişin olmasını hiss etməyib: "Evimiz iki otaq, bir eyvandan ibarətdir. Bütün günü özüm və 4 uşağım evdə olub.
Həmin gün qardaşımın azyaşlı qızları ilə özümün və uşaqlarımın telefonla çəkilmiş şəkilləri var. Məhəmməd ürək-damar xəstəliyindən əziyyət çəkir, onda cinsi ehtiras çox zəifdir. Ər-arvad kimi yaşadığımız 30 il müddətində Məhəmmədin azyaşlı qız uşaqlarına meyilli olmasını hiss etməmişəm və duymamışam.
Qonşuluqda çoxlu sayda qız uşaqları var. Əgər Məhəmməddə belə bir xəstəliyin əlamətləri olsaydı, qonşu uşaqlara da meyil salar, qonşular bu barədə öz narazılıqlarını mənə bildirmiş olardılar. Qardaşım Vəli arvadı ilə Bakıya getdiyindən 2019-cu ilin aprelində cəmi bir dəfə uşaqlarını bizim evimizdə saxlayıblar. Başqa heç vaxt qardaşım uşaqlarını harasa getmək üçün bizim evimizə qoymayıb".
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan Məhəmmədin vəkili apellyasiya şikayəti verib. Vəkil şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Məhəmmədin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Məhəmmədin barəsində verilən şikayət təmin olunmayıb.

Sosial       Tarix: 27 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər bugünki xəbərlər ən son xəbərlər sonxeber