Kişi uşaqlarının gözü qarşısında arvadını və özünü güllələyərək öldürdü - TƏFƏRRÜAT

Kişi uşaqlarının gözü qarşısında arvadını və özünü güllələyərək öldürdü - TƏFƏRRÜATGöyçay rayonunda dəhşətli qətl və intihar hadisəsi baş verib.
Azxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib.
Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov sonra həmin silahla özünün çənəsinin altından bir dəfə atəş açaraq intihar edib. Hər iki valideyn 13 və 14 yaşlı iki oğul övladının gözü qarşısında ölüb.
Ülviyyə Cavadovanın anası Zivər İsrafilova bildirib ki, qızı ilə qonşu olan Elnur 15 il əvvəl ailə qurub, qızının tibb bacısı diplomu olsa da, həyat yoldaşı heç vaxt onun işləməsinə icazə verməyib:
"Kasıb ailə olublar, dolanışıqları çox zəif olub, qızım evdən bayıra çıxan olmayıb, evdar qadın olub, onun ailəsində kasıbçılıqla əlaqədar həmişə söz-söhbət olub.
Hadisə baş verən gün eşitdik ki, Elnur həyat yoldaşı Ülviyyəni Göyçay şəhərinə aparıb, ona şirniyyat sexində və özünə isə marketdə iş tapıb.
Onlar evə qayıdandan sonra Elnur yoldaşını evin qarşısındakı meyvə bağına aparıb, kolluqda gizlətdiyi başqa adama məxsus ov tüfəngi ilə onu öldürüb. Sonra özü kolluq ərazidə intihar edib".
Ülviyyənin qardaşı Rəşad İsrafilov bildirib ki, bacısının ailəsi çox kasıb idi, Elnur narkotik aludəçisi olduğu heç yerdə işləmirdi, əsəbləri pozulmuşdu, bacısına görə o ailəyə həmişə maddi yardım edirdi.
Rəşad son bir ildə yeznəsinə hissə-hissə 10 min manata yaxın pul verdiyini bildirib. O, buna baxmayaraq Elnurun bacısına çox zülm etdiyini, onu bədbəxt elədiyini bildirir, uşaqlarının gözü önündə onu öldürməsini qəbul edə bilmir.
Mərhumun bacısı Səidə Cəbrayılova bildirib ki, hadisə qısqanclıq və ya namus üstə olmayıb:
"Bacımı kənddə hamı namuslu qadın kimi tanıyır, onun adı heç vaxt pis qadın kimi hallanmayıb. Kasıb idi, həyətində toyuq-cücə bəsləyən, əkin-biçinlə məşğul olan zəhmətkeş qadın idi.
Onun yoldaşı Elnur isə çox əsəbi, narahat adam idi. Ülviyyə 15 il ailəli olduğu müddətdə ilk dəfə sevinərək mənə zəng edib dedi ki, həyat yoldaşı ilə birgə şəhərdə işləyəcəklər, bundan sonra onların da öz qazancı olacaq, dolanışıqları yaxşılaşacaq, uşaqlar böyüyür, onları oxutmaq üçün pul toplayacaqlar.
Onun arzusu ürəyində qaldı. Bacım ölümündən iki saat öncə mənə dedi ki, yoldaşım Elnuru əsəb xəstəliyinə görə müalicə etdirmək üçün qardaşımdan alıb evdə gizlətdiyim 150 manatı Elnur götürərək xərcləyib, sonuncu dəfə buna görə Elnurla Ülviyyə arasında söz-söhbət olub.
Bacım mənə zəng edib iş tapdıqlarını deyəndə Elnurun ona işləməyə icazə verməsinə heç inanmadım. Bu gün onlar işə çıxacaqdılar, amma belə dəhşətli ailə faciəsi baş verdi, uşaqlar yetim qaldı"
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sosial       Tarix: 04 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou axsam.az xeberler xeberler bugun 2026 cebheden xeberler