Kişilər hansısa məkanda təhqir edilir və evə gəlib bunun acığını qadından çıxırlar' - Deputat qadın ölümlərindən danışdı

Kişilər hansısa məkanda təhqir edilir və evə gəlib bunun acığını qadından çıxırlar' - Deputat qadın ölümlərindən danışdıSon zamanla ardıcıl qadın ölümləri və zorakılıq halları ilə bağlı xəbərlər bütün cəmiyyəti sarsıdıb.
Son olaraq müğənni Yaqut Həşimovanın həyat yoldaşı tərəfindən qəsdən öldürülməsi barədə xəbər yayımlandı. 
Dayanmadan artan qadın ölümlərinə səbəb nədir? Bunun qarşısını necə ala bilərik?
Mövzu ilə bağlı azxeber.com-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa qadın ölümlərinin sayının artmasında səbəbi cəmiyyətin mədəniyyət səviyyəsinin aşağı olmasında görür:
"Qadın ölümlərinin sayının artması cəmiyyətin ümumi mədəniyyət səviyyəsinin aşağı olmasının göstəricisidir. Bu da cəmiyyət içi aqressiyadan qaynaqlanır. Kişilər hansısa bir məkanda təhqir edildikləri üçün bunun acığını evdən çıxırlar. Nəticədə gücləri qadına, uşağa çatır və onları öldürürlər. Yaxud da işsizlik, sosial problemlərdən qaynaqlanan məsələlər var ki, bunların hamısı birlikdə insanlarda vəhşilik elementlərini yaradır. Cəmiyyətdə problemlərin sağlam müzakirəsi aparılmalıdır. İnsanlar buna alışdırılmalı, mədəni müzakirəni qəbul etməlidirlər."
Qadın ölümlərinin əxlaq problemlərdən də qaynaqlandığını deyən deputat, bu məsələnin həlli üçün müəyyən bir düsturun olmadığını deyib:
"Əxlaq problemləri də ailə sütunun dağılmasında və ümumiyyətlə, proseslərin bu hala gəlməsi üçün zəmin yaradır. Bir sıra komponentlər var ki, bunlar qətllərin əsas səbəbidir. Bu məsələdə hansısa düstur yoxdur ki, onu tətbiq edək ki, proses dayansın. Burada ancaq uzunmüddətli olaraq cəmiyyətin mədəni fikirlərinin və baxışlarının dəyişməsindən söhbət gedir. Motivinə görə bu cür vəhşiliklə adam Azərbaycanda öldürülə bilər, ancaq Kanada ya Amerikada bu motivdə adam öldürülmür. Bunun hamısı mühit və yalnış anlayışla bağlıdır. İnsanlar hüquq müstəvisində məsələnin çözülmədiyini beyinlərinə qoyduğu üçün qisas zəminində bu addımları atmağa üstünlük verirlər.
Günel Hüseynli

Sosial       Tarix: 17 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az xeberler azerbaycan xeber.az xankendi