KİV: Tramp Administrasiyası Ukrayna iqtisadiyyatına tam nəzarət etmək istəyir
ABŞ prezidenti Donald Trampın administrasiyası təkid edir ki, Ukrayna Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarəti təmin edəcək saziş imzalasın.
azxeber.com "Report"a istinadən xəbər verir ki, ABŞ Ukraynanın infrastruktur layihələrində və mineral hasilat proqramlarında, o cümlədən nadir torpaq metalları və liman tikintisində iştirakda birinci prioritet əldə etməyə çalışır.
Əsasən Amerika rəsmiləri tərəfindən idarə olunan fond öz mənfəətini Vaşinqtonun Kiyevə verdiyi hərbi yardımı ödəmək üçün istifadə edəcək.
Nəşr qeyd edib ki, Ukrayna hakimiyyəti sazişin şərtlərinin onların digər investorları cəlb etmək və infrastrukturu bərpa etmək imkanlarını məhdudlaşdıracağından ehtiyat edir.
Analitiklər deyirlər ki, ABŞ-nin yeni tələbləri xüsusilə Tramp və Volodimir Zelenski arasında baş verən son münaqişədən sonra münasibətlərdəki gərginliyi daha da artıra bilər. Müqavilə imzalanarsa, Ukrayna 45 gün ərzində fondun nəzərdən keçirəcəyi layihələrin siyahısını təqdim etməlidir.
"Daily Telegraph" daha əvvəl yazıb ki, sazişin son variantı əsasında ABŞ birgə investisiya fondu vasitəsilə Ukraynanın neft və qaz ehtiyatlarının, metalların və dəmir yolları, limanlar, boru kəmərləri və neft emalı zavodları da daxil olmaqla infrastrukturunun yarısından çoxuna nəzarət edəcək.
Fondun müşahidə şurasının üç üzvü Vaşinqton tərəfindən təyin ediləcək. Bundan əlavə, ABŞ Ukrayna onlara 4% əlavə ödənişlə hərbi yardıma görə ən azı 100 milyard dollar kompensasiya ödəyənə qədər bütün gəlirləri almağı planlaşdırır. Kiyev yalnız borc ödənildikdən sonra mənfəətin 50%-ni almağa başlayacaq.
Nəşr əlavə edib ki, yeni fond Delaver ştatında qeydiyyatdan keçəcək, lakin Nyu-Yorkun yurisdiksiyasında fəaliyyət göstərəcək. Razılaşmanın şərtlərinə görə, ABŞ Ukrayna resurslarının üçüncü ölkələrə satışına veto qoymaq və istənilən Ukrayna qurumunun hesablarını yoxlamaq imkanı əldə edəcək.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Hüseyn əməliyyat olundu - Foto
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı