Kiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEO

Kiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEO
İyunun 15-də Ukraynanın paytaxtı Kiyevdə Milli Qurtuluş Günü ilə bağlı "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən konfransdan əvvəl Kiyev şəhərində ulu öndərin Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi ziyarət edilib, önünə tər çiçəklər qoyulub. Azərbaycan dövlətçiliyinin memarı, Ukrayna xalqının böyük və səmimi dostu Heydər Əliyevin nurlu xatirəsi anılıb, dahi siyasi xadimin və gözəl insanın xatirəsinə ehtiram ifadə olunub.
Sonra səfirliyin böyük akt zalında konfrans öz işinə başlayıb. Tədbirdə Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar, Türkiyə, Moldova və Türkmənistanın bu ölkədəki səfirləri, Ali Radanın deputatları - Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Valeri Kopeyka, GUAM-ın Baş katibi Altay Əfəndiyev, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Azərbaycan Ticarət Evinin rəhbəri Daşqın Əhmədov, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Azərbaycanın diaspor rəhbərləri Rövşən Tağıyev, Hikmət Cavadov və Oleq Krapivin, yerli KİV rəhbərləri, soydaşlarımız iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib. Konfransda çıxış edən səfir Elmira Axundova Ulu Öndərin siyasi fəaliyyəti barədə ətraflı məlumat verib. "Heydər Əliyev dünyanın bir çox ölkələrində Azərbaycan diasporunun və strukturlaşdırılmış diaspor təşkilatlarının yaradıcısı olub. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra milli siyasət konsepsiyasında dünya azərbaycanlıları və ümumiyyətlə, Azərbaycandan olan soydaşlarımızla iş prioritet yerlərdən birini tutub. Ulu Öndər bütün görüşlərdə azərbaycançılıq ideologiyası ətrafında birləşməyi qarşıya məqsəd qoyub. Ümummilli Lider soydaşlarımızla görüşlərində söyləyirdi ki, Azərbaycan diasporu müasir siyasi həyatda böyük rol oynaya bilər. O, ölkənin maraqlarını fəal şəkildə müdafiə etməli, Vətəni haqqında obyektiv məlumat verməli, bütün dünyaya sübut etməlidir ki, Azərbaycan təcavüzün qurbanına çevrilib. Heydər Əliyev hansı ölkəyə gəlsə də, iş qrafikinin gərgin olmasına baxmayaraq, xaricdə yaşayan həmvətənləri ilə görüşməyi öz vəzifəsi hesab edirdi və bu görüşlərdə bir məqam xüsusilə səslənirdi: "Milli birlik bizə su, hava kimi lazımdır. Biz hamımız azərbaycanlıyıq", - deyə diplomat qeyd edib.
Elmira Axundova vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev diaspor təşkilatlarımızın milli ideologiya ətrafında daha sıx birləşməsi üçün onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Səfir pandemiya dövründə vətəndaşlarımıza, soydaşlarımıza göstərdikləri dəstəyə görə Ukraynanın diaspor rəhbərlərinə təşəkkürünü bildirib. Bundan sonra da soydaşlarımıza lazımi dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.
Milli Qurtuluş Günü münasibətilə təbrikini çatdıran Ukrayna Xarici İşlər nazirinin müavini V.Bodnar vurğulayıb ki, ulu öndər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yaranmasında böyük xidmətləri olub. "Bu bayram Azərbaycan xalqı üçün tarixi və şərəfli günlərdən biridir. Təməli Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Ukrayna əməkdaşlığı bu gün də hər iki ölkənin prezidentləri tərəfindən inkişaf etdirilir. Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır, buna görə də bizim ikitərəfli münasibətlərimizin xüsusi xarakter daşıması və Ukraynanın xarici siyasətində Azərbaycanın mühüm yer tutması tamamilə məntiqlidir. İnanıram ki, yeni səfir Elmira Axundova ikitərəfli əməkdaşlığın daha da inkişafında öz töhfəsini verəcək", - deyə nazir müavini əlavə edib.
Sonra Ukraynanın ikinci Prezidenti Leonid Kuçmanın mətbuat xidmətinin rəhbəri Darka Olifer sabiq dövlət başçısının tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda deyilir: "Azərbaycan xalqı öz müstəqilliyini əldə etmək üçün ağır günlər yaşayıb. Fəxr edirəm ki, mənim dostum, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə birgə Ukrayna-Azərbaycan münasibətlərinin əsasını qoymuşuq. Şadam ki, Azərbaycan Prezidenti İlham Əliyevi dostum deyə çağıra bilərəm. Azərbaycan Prezidenti ölkəsinin inkişafı və sabitliyi üçün atasının siyasətini uğurla həyata keçirir. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir və biz bir-birimizə bu işdə dəstəyimizi davam etdirməliyik".
Müraciətində L.Kuçma əminliyini bildirib ki, yeni səfir öz fəaliyyəti ilə iki dost ölkə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək.
Daha sonra deputatlar Valeri Kolyux, Vladimir Kreydenko, institut direktoru Valeri Kopeyka, GUAM-ın Baş katibi Altay Əfəndiyev, diaspor rəhbərləri Rövşən Tağıyev, Hikmət Cavadov və Oleq Krapivin Ulu Öndərin həyat və fəaliyyətindən danışıblar.
Tədbir çərçivəsində yazıçı-publisist, Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" ("Гейдар Алиев. Личность и эпоха") üçcildlik roman-tədqiqatının Azərbaycan, rus və ingilis dillərində təqdimat mərasimi keçirilib.
Mərasimdə qeyd edilib ki, ilk dəfədir, bu kitabın 3 dildə təqdimat mərasimi keçirilir. Ulu Öndərin anadan olmasının 100 illiyinədək kitabın Ukrayna dilinə tərcüməsinin nəşr ediləcəyi nəzərdə tutulur.
Tədbirdən sonra qonaqlar üçün ziyafət təşkil olunub.

Kiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEOKiyevdə "Biz hamımız azərbaycanlıyıq!" adlı elmi-praktik konfrans keçirilib – FOTO/VİDEO

Siyasi       Tarix: 17 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler sou biznes son xabarlar ən son xəbərlər xeber.az son xeberler