Kobaxidze: "Biz buna dəstək verməyə hazırıq..."
Cənubi Qafqaz regionunda sülh hamı üçün, eyni zamanda Gürcüstan üçün də son dərəcə önəmlidir.
KONKRET.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanla Ermənistan arasında əldə edilə biləcək bütün razılaşmaları məmnuniyyətlə qarşılayırıq. Ehtiyac yaranarsa, danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq. Gürcüstan hər zaman regionda sülhün möhkəmləndirilməsi baxımından çox pozitiv rol oynayıb və biz eyni rolu oynamağa hazırıq", – Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, ölkəsi Azərbaycanla olan çox yaxın dostluğa görə fəxr edir:
"Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığı, əməkdaşlığı və dostluğu daha da dərinləşdirmək üçün yüksək motivasiyaya sahibik. Azərbaycan hakimiyyətinə Gürcüstana göstərdiyi güclü dəstəyə görə təşəkkür edirəm. İki ölkə arasında münasibətlər əladır, amma biz bu münasibətləri daha da gücləndirməyə qərarlıyıq".
Turlar.az [newsid: 0-123300]

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir