KOBİA Almaniyanın BVMW assosiasiyası ilə birgə fəaliyyətə dair sənəd imzalayacaq - FOTO

KOBİA Almaniyanın BVMW assosiasiyası ilə birgə fəaliyyətə dair sənəd imzalayacaq - FOTOKOBİA Almaniyanın BVMW assosiasiyası ilə birgə fəaliyyətə dair sənəd imzalayacaq - FOTO
Yaxın müddətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Kiçik və Orta Müəssisələr Federal Assosiasiyası (BVMW) arasında birgə fəaliyyət istiqamətlərinin əks olunacağı sənəd imzalanacaq.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov Almaniyada BVMW-in Bavariya üzrə nümayəndəsi Akim Mişel ilə görüşüb.
Görüşdə hər iki qurumun fəaliyyəti, KOB-lara göstərilən dəstək barədə məlumat verilib, assosiasiyanın KOBİA ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb.
Qeyd olunub ki, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında Azərbaycanın mövqeyinin yüksəlməsi alman şirkətlərini ölkəmizə investisiya qoyuluşu və birgə layihələrin reallaşdırılması üçün daha da təşviq edir.
Görüşdə KOB-ların iştirakı ilə birgə tədbirlərin keçirilməsinə, Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfərinin təşkilinə, turizm və İKT sahəsində layihələrin reallaşdırılmasına, yaxın müddətdə KOBİA və BVMW arasında birgə fəaliyyət istiqamətlərinin əks olunacağı sənədin imzalanmasına, Almaniyanın KOB-ların maliyyələşdirilməsi sahəsində uğurlu təcrübəsinə dair fikir mübadiləsi aparılıb.
Almaniyanın "BioM Biotech" Klasterlərin İnkişafı Mərkəzinin rəhbəri Hors Domdey ilə keçirilmiş görüşdə klasterləşmə ilə bağlı müzakirələr aparılıb. Məlumat verilib ki, Azərbaycanda KOB klasterlər üçün bir sıra güzəştlər nəzərdə tutulur və KOBİA bu sahədə təsdiqedici sənədi verən səlahiyyətli qurumdur. Almaniya tərəfi isə Bavariyada əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən klasterlərə dəstəyini diqqətə çatdırıb.
Görüşdə startaplara məsləhət xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsinə, tanışlıq səfərlərinin təşkilinə dair müzakirələr aparılıb.
KOBİA Almaniyanın BVMW assosiasiyası ilə birgə fəaliyyətə dair sənəd imzalayacaq - FOTO

Sosial       Tarix: 12 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele xəbər sonxəbərlər siyaseti xeberler bugun