Koçaryan Baş nazirliyə namizəd oldu
Ermənistanın ikinci prezidenti Robert Koçaryan növbəti parlament seçkilərində yenidən mübarizə aparacaq.
KONKRET.azxəbər verir ki, "Ermənistan" bloku seçkilərə Koçaryanın liderliyi ilə qatılacaq.
Bu barədə məlumatı parlamentin müxalif "Ermənistan" fraksiyasının deputatı Anna Qriqoryan təsdiqləyib.
Baş nazirliyə namizədliyi irəli sürülən eks-prezident bu addımını ölkənin maraqları ilə əsaslandıraraq maraqlı bir etiraf edib:
"Əslində, mənim üçün bu, vəzifədə yüksəliş deyil, vəzifədən aşağı düşmədir, amma biz vətən naminə hər şeyə hazırıq. Bəzən verdiyim qərarların doğruluğunu sorğulasam da, mövcud vəziyyətdə geri çəkilməyəcəyəm".
Xatırladaq ki, onun rəhbərlik etdiyi blok 2021-ci il seçkilərində 21,09 faiz səs toplayaraq parlamentdə təmsil olunmaq hüququ qazanmışdı. Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi planlaşdırılır.//Bakupost.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK