Koçaryan və Sarkisyan Azərbaycana bu şərtlə təhvil verilə bilər - Prezidentin çıxışında VACİB DETAL

Koçaryan və Sarkisyan Azərbaycana bu şərtlə təhvil verilə bilər - Prezidentin çıxışında VACİB DETALSentyabrın 29-da Zəngilanda keçirilən Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın sabiq prezidentləri Robert Koçaryan Serj Sarkisyanı işğal məsələsində ittiham edib. Maraqlıdır, prezidentin bu bəyanatı onların həbsi üçün siqnal, anons ola bilər? Beynəlxalq hüquqa görə hazırkı Ermənistan hökuməti onları saxlayıb, Azərbaycana təhvil verə bilər?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistanın sabiq prezidentləri Rober Koçaryan və Serj Sarkisyanı Azərbaycana təhvil verməsi indiki məqamda real deyil:
"Prezident dünənki çıxışında bir daha xalqımıza qarşı 1990-cı illərdə törədilən cinayətlər barədə danışdı. Həm torpaqlarımızın işğal edilməsi, həm də etnik təmizləmə siyasətində sabiq prezidentləri Rober Koçaryan və Serj Sarkisyan ittiham edildi. Prezident sonuncu dəfə 2021-ci ildə Novruz bayramında Suqovuşanda eyni mövzuda çıxış etmiş, yenə sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı ittiham etmişdi.
Ümumiyyətlə, bu iki şəxs 1980-ci illərin sonunda Qarabağda separatizmə rəhbərlik edib. Koçaryan xunta rejimində rəhbər vəzifələrdə çalışıb, Sarkisyan isə Ermənistan müdafiə naziri postunda idi.
Azərbaycan bu gün cinayətkarların bir-bir həbsinə başlayıb. Vaqif Xaçaturyan ilə başlanan proses daha da intensivləşib. O ki qaldı Ermənistanın sabiq prezidentləri Robert Koçaryanı və Serj Sarkisyanı Azərbaycana verməsinə, bu indiki məqamda mümkün deyil.
Məsələ ondadır ki, Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmayıb. Yəni faktiki olaraq müharibə vəziyyəti davam edir. Bu reallıqlar çərçivəsində rəsmi İrəvan hər iki şəxsi bizə verməz. Lakin rəsmi Bakı hər iki şəxs barəsində müvafiq axtarış tədbirlərini elan edib".

Siyasi       Tarix: 01 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeberler xeberler bugun axsam.az xeberler hava