Koçaryandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - Yenə SƏRSƏMLƏDİ

Koçaryandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - Yenə SƏRSƏMLƏDİBir neçə gün əvvəl haqqin.az Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Moskvada keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi və TRIPP layihəsi ilə bağlı səsləndirdiyi fikirləri yayımlayıb. O, bu layihənin Ermənistan üçün təhlükəli olduğunu və ölkəyə real fayda verməyəcəyini iddia edib.
KONKRET.az xəbər verir ki, Koçaryanın əsas arqumentinə görə, əlavə dəmir yolu xətti çəkilmədən bu marşrut üzrə tranzit əhəmiyyətli olmayacaq və layihə Ermənistan üçün səmərə gətirməyəcək.
Məqalədə bildirilir ki, bu iddialar bir sıra suallar doğurur. Müəllif qeyd edir ki, ABŞ-ın dəstəklədiyi layihələr adətən təhlükəsizlik baxımından daha etibarlı olur və alternativsiz qalmaqdan daha sərfəlidir. Onun fikrincə, Ermənistan üçün seçim ya ABŞ-ın nəzarətində olan marşrut, ya da Rusiyanın təsiri altındakı yol arasında olacaq.
Müəllif daha sonra Koçaryanın Abxaziya üzərindən tranzit yolunun Ermənistan üçün daha sərfəli olması ilə bağlı fikirlərinə toxunur. Bildirilir ki, coğrafi baxımdan bu marşrut əlverişli olsa da, siyasi və hüquqi problemlər səbəbindən onun açılması real görünmür.
Xüsusilə gömrük və sərhəd nəzarətinin harada yerləşdirilməsi məsələsi əsas maneə kimi göstərilir. Gürcüstan üçün bu, Abxaziyanın müstəqilliyinin dolayısı ilə tanınması demək olardı ki, bu da mümkün sayılmır.
Məqalədə vurğulanır ki, Rusiya və Abxaziya tərəfi tranzit yolunun açılmasını təşviq etsə də, Moskva ərazi məsələlərində heç bir güzəştə getmir. Bu səbəbdən yaxın perspektivdə marşrutun bərpası ehtimalı zəif qiymətləndirilir.
Nəticə olaraq müəllif hesab edir ki, Koçaryanın Abxaziya marşrutu ilə bağlı nikbin açıqlamaları ya seçkiöncəsi manipulyasiya, ya da qonşu ölkədəki real vəziyyəti bilməməkdən irəli gəlir.
Qeyd olunur ki, bu məsələlər Ermənistanın gələcək nəqliyyat strategiyası və regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 24 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son durum sou xeberler son xeberler az cebheden xeberler