Köçəryan və Sərkisyanın Azərbaycana gətirilməsi GÜNDƏMDƏ: Paşinyan onları Bakıya təhvil verəcəkmi?
"Azərbaycan böyük ehtimalla Ermənistana yeni tələblər irəli sürüb".
"Ermənistan" fraksiyasının deputatı Artur Xaçatryanın səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Xaçatryan deyib ki, Bakı iki Qarabağ müharibəsi iştirakçılarının ekstradisiyasını tələb edə bilər. Bəs görəsən, belə bir tələb gerçəkləşsə, bu şəxslərin əli azərbaycanlıların qanına batan Robert Köçəryan və Serj Sarkisyan olması mümkündürmü? Ümumiyyətlə, Bakı Köçəryan və Sarkisyanı İrəvandan tələb etsə, Paşinyan onları Azərbaycana təhvil verəcəkmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, bu, süni gündəmdir və daha çox Paşinyanın əleyhinə mühit formalaşdırmaq xarakteri daşıyır:
Natiq Miri
"Çünki sözügedən məsələ indi Azərbaycanın gündəmi deyil. Bu gün Bakı Konstitusiya və digər qanunvericilik səviyyəsində mövcud ərazi iddialarının aradan qaldırılmasını, eləcə də ATƏT-in ləğvi ilə bağlı birgə müraciətin olunmasını Ermənistandan tələb edir. Bundan sonra isə 10 noyabrda imzalanan sənədlərdəki məsələlər gündəm olacaq. Bu da bütün kommunikasiyaların, xüsusən də Zəngəzur dəhlizinin açılmasını və sərhədlərin müəyyənləşdirilməsi məsələsini özündə ehtiva edir. Bu gün Sərkisyan və Köçəryan məsələsi Bakının bir nömrəli gündəmi deyil. Əgər Bakının şərtləri yerinə yetirilsə, ən azı çərçivə sazişini imzalamaq və yekun sülh müqaviləsinə doğru irəliləmək mümkün olar".
Eskperin sözlərinə görə, Sərkisyan və Köçəryan məsələsini Paşinyanın əleyhinə istifadə etmək üçün ortalığa atıblar:
"Tələb olunsa belə, Paşinyan indiki vəziyyətdə heç kimi Azərbaycana təhvil verməyəcək. Çünki indiki vəziyyətdə bu, Paşinyanın əleyhinə işləyən və ictimaiyyətin səbr kasasını daşıran bir hadisə olar. Buna görə də, belə bir məsələnin baş verəcəyi gözlənilən deyil".
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir