Kolumbiya televiziyasında Qarabağla bağlı bəyanata dair reportaj - FOTO

Kolumbiya televiziyasında Qarabağla bağlı bəyanata dair reportaj - FOTOKolumbiya televiziyasında Qarabağla bağlı bəyanata dair reportaj - FOTO
Kolumbiyanın nüfuzlu "NTN24" televiziya kanalının "El mundo a esta hora" verilişində Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanata dair reportaj və bu ölkədəki səfirimiz Məmməd Talıbovun mövzu ilə əlaqədar müsahibəsi yayımlanıb. 
Bununla bağlı Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib. 
Müsahibədə Azərbaycanın beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən tanınan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların 30 ilə yaxındır Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və 1 milyon azərbaycanlının etnik təmizləməyə məruz qalaraq öz yurdlarından qovulduğunu deyən səfir, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə də 27 ildir işğalçı dövlət tərəfindən əməl edilmədiyini bildirib. 
Əldə olunan razılaşmanın Ermənistan tərəfində olan narazılıq fonunda uğurlu olmasının mümkünlüyü ilə bağlı suala dair səfir yaranmış durumun Ermənistan hökumətinin təqsiri olduğunu, BMT qətnamələrinin işğal olunmuş ərazilərin boşaldılmasını aydın şəkildə tələb etdiyi halda bu ölkənin hərbi-siyasi rəhbərliyinin illərdir işğalın nəticələrini gücləndirmək siyasəti güddüyünü, öz xalqını aldadaraq onu barışığa hazırlamaq yerinə işğalın nəticələrini qoruyub saxlayacağına inandırdığını qeyd edib.  
İmzalanan bəyanatın pozulması və hərbi əməliyyatların yenidən başlaması ehtimalı ilə bağlı suala münasibətdə diplomat Ermənistanın hərbi əməliyyatlar ərzində üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini dərhal pozaraq münaqişə zonasından kənarda yerləşən şəhərləri atəşə tutduğunu, bu zaman 94 nəfər mülki sakinimizin ölümünə, 400-dən çox insanınsa yaralanmasına səbəb olduğunu, habelə Ermənistanın ASALA, Daşnaksütun kimi terrorçu təşkilatlara sahib olduğunu, bu baxımdan qarşı tərəfdən təxribat və terror aktları təhlükəsinin diqqətdə saxlanıldığını, hazırda isə Rusiya və Türkiyənin də atəşkəs rejiminə və bəyanatın şərtlərinə əməl edilməsinə nəzarət etdiyini nəzərə alaraq, sülhün davamlı olacağına və Ermənistanın öz ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkərək razılaşmanın tələblərinə riayət edəcəyinə ümidvar olduğumuzu bildirib. Qeyd edib ki, bundan sonra Ermənistan qonşu dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etməli, erməni xalqı da qonşu xalqlarla barışıq içində yaşamağı öyrənməlidir. 
İşğaldan azad edilmiş ərazilərin ermənilər tərəfindən tamamilə məhv edildiyini deyən səfir,  Azərbaycan hökumətinin bölgəyə sərmayə yatıracağı və burada həyat üçün zəruri şəraiti yaradacağını, sonra isə son 30 il ərzində məcburi köçkün vəziyyətində yaşayan 1 milyona yaxın soydaşımızın öz yurdlarına qayıtmasının nəzərdə tutulduğunu söyləyib.
Reportajda verilişin redaksiyası tərəfindən münaqişənin tarixi, son hərbi əməliyyatların nəticələri və atəşkəs bəyanatının şərtləri haqda məlumat verilib və hazırda ermənilərin işğal olunmuş ərazilərimizi tərk edərkən ətraf mühit və infrastruktura zərər yetirdiyini əks etdirən kadrlar nümayiş etdirilib.   /oxu.az

Siyasi       Tarix: 01 dekabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən son xəbər cəbhədən görüntüleri cəbhədən video