Komitə sədri Seçki Məcəlləsinə dəyişikliyin anonsunu verdi: "Bu istiqamətdə işləyirik" - MÜSAHİBƏ

Komitə sədri Seçki Məcəlləsinə dəyişikliyin anonsunu verdi: "Bu istiqamətdə işləyirik" - MÜSAHİBƏ Komitə sədri Seçki Məcəlləsinə dəyişikliyin anonsunu verdi: "Bu istiqamətdə işləyirik" - MÜSAHİBƏ
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin fəaliyyəti ilə bağlı Oxu.Az-a müsahibə verib:
- Siyavuş müəllim, hazırda Azərbacanda böyük şəhər bələdiyyələrinin yaradılması zəruridir?
- Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılmasına ehtiyac yoxdur. Bəzən insanlar tez-tez Türkiyəni misal gətirərək, məsələni qarışdırırlar. Hər bir dövlətin özünəməxsus quruluşu və idarəetmə sistemi var.
Biz prezidentli respublikayıq və dövlət başçısının yerlərdə, o cümlədən Bakıda səlahiyyətli nümayəndələri var. Səlahiyyətli nümayəndələr icra hakimiyyətlərinin başçılarıdır.
Digər yerli məsələlərin həlli üçün isə bələdiyyələr fəaliyyət göstərir. Əhali özü yığışır və bələdiyyə üzvlərini seçir. Qəbiristanlıqlar, parklar, suvarma sistemləri, torpaq vergiləri və sair məsələlərə bələdiyyələr baxır. Ancaq dövlətin rəsmi qərarlarının icrasını icra başçıları həyata keçirir.
- Milli Məclisin iclasında bələdiyyələrin 2019-cu il üzrə fəaliyyəti barədə hesabatı zamanı Seçki Məcəlləsinə dəyişiklik təklif etdiniz. Dediniz ki, bələdiyyə seçkilərinin keçirilməsi Seçki Məcəlləsi ilə yox, ayrıca qanunvericiliklə tənzimlənməlidir. Bu təklifinizə rəsmi reaksiyalar oldu?
- Biz bu istiqamətdə işləyirik, aidiyyəti qurumlardan da bununla bağlı təklifləri alacağıq. Çalışacağıq ki, bələdiyyə seçkiləri ilə bağlı məsələlər daha da sadələşdirilsin. Elə kəndlər var ki, 100-500 arası sakini var. Orada beş nəfər bələdiyyə üzvünə nə ehtiyac var?! Bir nəfər seçilsə, özünün aparatını yarada və bütün işləri görə bilər. Bununla vəsaitə də qənaət olunar.
- Siyavuş müəllim, bələdiyyələrə hər il dövlət büdcəsindən dotasiyalar və subvensiyalar ayrılır. Amma biz hələ də bələdiyyə xəstəxanaları və məktəblərinin mövcudluğundan danışmırıq, çünki yoxdur. Hansı səbəblər bələdiyyələrin xəstəxana, ya da məktəb tikməsinə mane olur?
- Bələdiyyələrin çox geniş səlahiyyəti var. Vətəndaşlarımızda belə bir anlayış var ki, bələdiyyə ancaq torpaq alqı-satqısı ilə məşğul olur. Əslində isə, siz dediyiniz kimi bələdiyyə xəstəxanası, bağçası, istirahət kompleksləri və sair ola bilər. Bunu isə yaratmaq lazımdır. Dotasiyalar, subvensiyalar verilir, üstəgəl bələdiyyə vergiləri yığılır. Bələdiyyələr bu vəsaitləri ilkin dövrdə belə sahələrə yatırsalar, sonradan oradan 10 qat artıq gəlir əldə edər. Bundan başqa, bələdiyyələr torpaqları icarəyə versələr, daha sərfəli olar, hər il gəlir götürərlər.
- Digər bir problem şəhərlərdə bələdiyyə sərhədlərinin müəyyənləşməməsidir. Bununla bağlı hansı təklifləriniz var?
- Şəhərlərdə bu problem var. Mülkiyyətin üç növü var – dövlət, özəl və bələdiyyə. Bələdiyyələr isə mülkiyyətdən istifadəni düzgün həyata keçirmirlər.
Aqşin Kərimov

Siyasi       Tarix: 20 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber cəbhədən son məlumat bu gunun xeberleri kriminal bugun