"Kommersant" nəşri: 'İlham Əliyev əvvəl olduğu kimi, yenə müzəffər görkəmdə idi

Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə azərbaycanlı həmkarından tez gəlmişdi, lakin üçtərəfli danışıqlar başlanana qədər İlham Əliyevdən fərqli olaraq Paşinyanın Rusiya Prezidenti ilə ikitərəfli görüşü baş tutmadı. Ola bilsin bu səbəbdən, üçtərəfli görüşün başlanğıcında Paşinyan barışmaz görünürdü. İlham Əliyev isə əvvəl olduğu kimi müzəffər görkəmdə idi və sərt sakitlik nümayiş etdirirdi.
Azxeber.com xəbər verir ki, "Kommersant" qəzetinin müxbiri Andrey Kolesnikov Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən aldığı təəssüratları bu nəşrin oxucuları ilə bölüşüb.
Rusiya Prezidenti Vladimir Putinin dediyi "İkinci Qarabağ müharibəsindən sonra keçən bir il ərzində çox iş görülüb, rusiyalı sülhməramlılar və atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzi fəaliyyətdədir, ən başlıcası, gələcək normal dinc həyat üçün şərait yaradılır" sözlərini sitat gətirən müəllif yazır: "Vladimir Putin bütün bunları deyərkən həqiqətən Azərbaycan Prezidentinin tərəfində idi və bütövlükdə hər şey onu da qane edirdi, - Nikol Paşinyan haqqında isə bunu demək olmazdı. Müharibədə uduzmuş Paşinyan indi qalib gələnin yanında əyləşmişdi və bunu etməyə bilməzdi".
Jurnalist yazır ki, Nikol Paşinyan görüşdə "kal səslə danışır, sanki içərisindəki faciəli emosiyaları zorla boğurdu". A.Kolesnikov Paşinyanın "regionda qeyri-sabitlik olması" və "Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə soxulması" barədə dediklərini şərh edərək yazır: "İlk baxışda bu sözlər nə barədəsə razılıq əldə etmək üçün gəlmiş insanın sözləri deyildi. Yaxşı ki, danışıqların digər iki iştirakçısı üçüncü iştirakçının belə vəziyyətdə olmasını əvvəl də görmüşdülər və başa düşürdülər ki, yarım saatdan sonra o, tanınmaz dərəcədə dəyişə bilər. Onun dediyi bütün sözlər alverçi mövqeyi idi və taleyin qismətindən o, həmin mövqeyə düzəliş etməlidir".
A.Koleskinov sərhədlər mövzusu ilə əlaqədar Prezident Vladimir Putinin dediyi, "bu ilin sonuna qədər iki dövlət arasında sərhədlərin demarkasiya və delimitasiyası üçün mexanizm yaradılması barədə razılıq əldə edilməsi və bu mexanizmlərin yaradılması üçün heç bir maneə olmaması" sözlərini sitat gətirərək bildirir ki, tərəflər arasında razılıq əldə edilib və sərhəd hazırda qoşunların dayandığı xətt üzrə keçəcək.

Siyasi       Tarix: 27 noyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər xeber.az 2026 en son xeberler bu gun bugünki xəbərlər