"Konnekt" "Digitürk"lə əməkdaşlığa başladı - Superliqanı izləmək mümkün olacaq

Azərbaycanın daim inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sferasında fəaliyyət göstərən qabaqcıl şirkəti "Konnekt" QSC Türkiyənin rəqəmsal televiziya yayım platformasında liderlik edən  "Digitürk beIN Media Group" ilə əməkdaşlığa başlayıb.
azxeber.com xəbər verir ki, bu barədə şirkətin bu gün keçirilən mətbuat konfransında məlumat verilib.
Bununla "beIN Sports Süperliq"  futbol oyunlarının və  "Digitürk" platformasında yayımlanan kanalların Azərbaycan ərazisində yayımlanması təmin ediləcək. Beləliklə respublikamızın istənilən bölgəsindən istər hüquqi, istərsə də fərdi ünvanlara yüksək keyfiyyətli "Digitürk-Konnekt TV" HD rəqəmsal yayım paketlərini sifariş etmək mümkündür.
"Konnekt" QSC-nin Baş direktoru Rəşad Namazovun sözlərinə görə, Azərbaycanda ilk dəfə kabel operatoru olaraq Türkiyənin bütün superliqa oyunlarının "Konnekt" üzərindən yayımlanması "Digitürk" platforması üzərindən Azərbaycan izləyicilərinə çatdırılması ən böyük yüniliklərdən biridir: "Azərbaycanda idman sahəsinə diqqət yüksək səviyyədədir. Ölkəmizdə ən önəmli idman növlərindən biri isə futboldur. Azərbaycanda ilk dəfə kabel operatoru olaraq Türkiyənin bütün Superliqa oyunlarının "Konnekt" üzərindən yayımlanması "Digitürk" platforması üzərindən Azərbaycan izləyicilərinə çatdırılması ən böyük yüniliklərdən biridir. Biz bunun üçün həm həyəcanlıyıq, həm də sevinirik.
 Regionlarda da internet sürətlə inkişaf edir. "Konnek"tin digər platformaları da var. Kabel yayımından başqa NNTV brendi altında internet üzərindən
OTT texnologiyası mövcuddur. Bu internet üzərindən bütün kanalları izləmək imkanı yaradır. Gələcəkdə bizim planımız var ki, eyni şəkildə "Digitürk"ün idman kanallarını NNTV platforması üzərindən bölgələrə də çatdıraq. Hesab edirəm ki, bu da böyük nailiyyət olacaq".
Rəşad Namazov qeyd edib ki, abunəçilər bir neçə istiqamətdə seçim edə biləcəklər. İnternet üzərindən "beIN Konnekt" seçərək qoşula bilərlər. Bundan əlavə, müəyyən platformalar üzərindən qoşulub bizi izləmək mümkündür. Bu gün "Konnekt" şirkəti "beIN Group"la çalışmağa  başladıqdan sonra Azərbaycan ərazisində tam kabel televiziyasını sərhədsiz elədi. İstənilən bölgədə abonentlərin bu yayıma qoşulmaq imkanı var".
"Digitürk" şirkətinin Marketinq və satışa məsul əməkdaşı Erem Demircanın sözlərinə görə, Azərbaycanda 10 milyondan çox əhali yaşayır. "Konnekt" QSC ilə əməkdaşlıq nəticəsində şirkət öz hədəfində olduğu abunəçi sayını əldə edəcək:  "Biz Superliqa oyunlarının bütün dünyada yayım hüququna malikik. Hazırda dünyada 110 ölkədə yayımlayırıq. Bu ölkələrdən biri də Azərbaycan olacaq. Həmçinin serial və sənədli filmlər, həmçinin həyat tərzi proqramlarımız da bütün coğrafiyalarda verilir. 150-dən çox kanalımız isə Azərbaycanda yayımlanacaq".
Şirkətin abunəçilərə təklif etdiyi paketlərə gəlincə isə, tədbirdə qeyd olunub ki, "Konnekt" şirkətində daha öncədən "Standart" və "Premium" paketləri mövcud idi. İdmanı yenilik olsun deyə ayrıca tematik paketlərə bölmək üçün "Premium beIN" və "Standart beIN" paketləri yaradılıb. Aylıq, 3 və ya 6 aylıq, o cümlədən illik ödəmə paketləri var. Daha çox ödədikdə isə müştərilərə əlavə avantaj qazandırır.
Qeyd edək ki, "Konnekt" QSC-nin əsası 2005-ci ildə qoyulub. Şirkət 2007-ci ildən etibarən əhaliyə internet xidmətləri göstərməyə başlayıb. 2008-ci ildən etibarən  həmçinin kabel televiziyası sferasında fəaliyyətə başlayıb və artıq qeyd olunan tarixdən etibarən "CONNECT TV" brendi altında əhaliyə keyfiyyətli efir-kabel televiziyası xidməti təqdim edir. 2011-ci ildən etibarən isə şirkət "CONNECT FİBER" brendi altında fiber-optik texnologiya sahəsində fəaliyyətə başlayıb və abunəçilərə yüksək sürətli fiber-optik internet xidmətləri təqdim edir.
2017-ci ilin mart ayından etibarən isə Konnekt şirkəti televiziyanın internet üzərindən yayımını təşkil edib və OTT TV xidmətini NNTV brendi altında təqdim etməyə başlayıb. 2020-ci ildən etibarən Konnekt abunəçiləri üçün "MyCONNECT" tətbiqini istifadəyə verib. Qeyd olunan tədbiq vasitəsilə abunəçilər texniki servis, modemlərin sazlamaları, tarif dəyişmə, balansın idarə olunması, onlayn müraciət, ödəmə və digər imkanlardan yararlanırlar.        
2021-ci ildən isə "Konnekt" QSC Fiber-optik texnologiya ilə yanaşı GPON texnologiyalarını da tətbiq edir. Azərbaycanda 4K yayımını ilk dəfə həyata keçirən məhz "Konnekt" şirkətidir. Şirkət həmçinin ölkə xaricində də uğurlu layihələrə imza atıb. Belə ki, Nigeriyada və Benində rəqəmsal televiziya keçid prosesini həyata keçirib. Həmçinin, Qırğızıstanda kabel operatorunun baş stansiyasının və şəbəkəsinin qurulması prosesini həyata keçirib.  Bundan əlavə "Konnekt" QSC  Ağıllı ev texnologiyaları və alternativ enerji sahəsində də fəaliyyət göstərir.
"Konnekt" QSC öz fəaliyyətində müştəri məmnuniyyəti, keyfiyyətli xidmət və servis, daim yeni texnologiyaların tətbiqi prinsiplərini rəhbər tutur.
Siz də "Konnekt" ailəsinə qoşulun və evdəki hər kəsə uyğun olaraq seçilmiş yayım paketlərindən və HD yayım keyfiyyətindən yararlanaraq "Digitürk-Konnekt TV" ilə xəyallarınıza toxunun!  

İqtisadiyyat     Baxılıb: 275   Tarix: 05 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Olivia" Zeytun Festivalında - FOTOLAR

Buil keçirilən Zeytun Festivalı bir çox yerli brend və istehsalçılarıniştirakı ilə möhtəşəm şəkildə baş tutdu. Tədbirdə öz stendi ilə yer alan "OliviaBeauty&Care" ziyarətçilərin ən çox maraq göstərdiyiiştirakçılarda

"Bakcell" lotereyasında 3-cü avtomobilin qalibi bəlli oldu - Növbəti sən ola bilərsən

İnnovasiya lideri "Bakcell"in lotereyasında həyəcan yenidən artır! Həftəlik tirajın üçüncü "Zeekr 001" qalibi artıq bəllidir. Süni intellektin seçimi ilə qalib olan Elvira Paşayeva bu gün öz avtomobilin

Milyonlarla manat borca düşən "Özsüt"ün rəhbəri işdən çıxarıldı

Azərbaycanda restoran və kafe şəbəkələrinə sahib olan və dövlət qarşısında külli miqdarda borca düşən "Özsüt Azerbaijan"ın qanuni təmsilçisi dəyişib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Vəliyev Rəhman Qadi

Unibankdan "Zəfər kampaniyası": 0% komissiyalı kredit

Unibank Azərbaycan xalqını 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə təbrik edir!.  Bu böyük tarix xalqımızın birliyinin, qəhrəmanlığının və qürurunun simvoludur. Unibank bu böyük sevinci bölüşərək, müştərilərə bayram ruhunda xüsusi kredit kampaniyası təqdim edir. 

Bakcell-in meqa lotereyasında 4-cü qalib avtomobil qazandı

Bakcell-in meqa lotereyasında 4-cü qalib avtomobil qazanıb. xəbər verir ki, Bakcell-in süni intellekt əsaslı lotereyasında 4-cüavtomobil qalibi bəlli olub. Həftəlik tirajın uduşu olan "Zeekr 001" avtomobiliArz

"Cahan Holdinq"ə məxsus "ENNA" MMC nümunəvi müəssisə statusunu qazandı - FOTOLAR

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin tədbirlər planına əsasən, regionlarda əməyin mühafizəs

AccessBank "Access2Success" layihəsinə dördüncü dəfə start verdiyini elan edir

AccessBank qadın sahibkarların biznes bacarıqlarını, idarəetmə qabiliyyətini və maliyyə savadlılığını artırmaq məqsədilə "Access2Success" layihəsinə növbəti dəfə start verdiyini elan edir. Layihə Avropa Yenidənqurm

Son 3 ildə "AzerGold"a ardıcıl maliyyə sanksiyaları tətbiq edilib - STATİSTİKA

"AzerGold" QSC-yə indiyədək vergi öhdəlikləri üzrə tətbiq edilən maliyyə sanksiyaları açıqlanıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestr

'Kristal'ın Sumqayıtdakı 'Sahil Park' və 'YeniSumqayıt' layihələrində mənzil satışları davam edir

"Kristal"ın Sumqayıt şəhərində inşa edilən "Sahil Park Sumqayıt" və "Yeni Sumqayıt" layihələrində mənzil satışlarıdavam edir. Hər iki layihə müasir memarlığı, keyfiyyəti vəsərfəli satış şərtlər


azerbaycan xeberleri son xeberler yeni xeberler qurban bayrami 2025 xabarlar xeber.az bu gun bugunun xeberleri