"Kontakt" autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başlatdı - FOTO

"Kontakt" mağazalar şəbəkəsi autizmli şəxslərin inkişafına dəstək olmaq məqsədilə "Ukrayna dairəsi" mağazasında təqdirəlayiq xeyriyyə yarmarkası və tədbir proqramı təşkil edib.  
Yaxın günlərdə açılışı baş tutan yarmarkada autizmli şəxslərin və onların valideynləri tərəfindən hazırlanmış bir-birindən fərqli, rəngarəng əl işləri və rəsm əsərləri zövqlə sərgilənərək ziyarətçilərin böyük marağına səbəb olub. 
Autizmli şəxslərdən ibarət "Mavi ürəklər" xorunun istedadlı musiqili çıxışları isə öz növbəsində tədbirin axarına xüsusi rəng qatıb. 
"Birgə və Sağlam" İctimai Birliyinin dəstəyi ilə baş tutan gecədə "Kontakt"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova və "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova söz alaraq layihənin cəmiyyət üçün önəminə diqqət çəkiblər. Həmçinin, autizmli şəxslərin cəmiyyətə adaptasiya olmasını dəstəkləmək üçün bu kimi layihələrin nə qədər önəmli olduğunu vurğulayıblar. 
Tədbirin davamında günün anlam və önəmini əks etdirən "puzzle" parçaları birləşdirilib. Eyni zamanda "Kontakt" mağazalar şəbəkəsinin Autizm Günü ərəfəsində ictimaiyyətə təqdim etdiyi sosial videoçarx izlənilib. 
Siz də aprel ayının sonunadək "Ukrayna dairəsi"ndə yerləşən "Kontakt" mağazasına gəlib yarmarka məhsullarını əldə edə və bu xeyriyyə aksiyasına öz qatqınızı göstərə bilərsiniz. 
Qeyd edək ki, şəbəkənin bütün mağazalarında xüsusi ianə qutuları da yerləşdirilib. Sizə yaxın istənilən "Kontakt" mağazasına yaxınlaşıb ianə dəstəyinizi göstərə, Autizmə biganə qalmadığınızı göstərə bilərsiniz.  Bu qutulara toplanan ianələr hər ay "Birgə və Sağlam" İctimai Birliyi nəzdindəki "Autizm Bərpa Mərkəzi"nin balansına köçürüləcək. Məhz aprel ayında yığılacaq toplam ianə məbləğini "Kontakt" ikiqat artırmağı öz öhdəliyinə götürür.  
Misal üçün, əgər aprel ayında ümumilikdə 5000 manat ianə toplanacaqsa, "Kontakt" Autizm Mərkəzinə 10 000 manat köçürəcək.
Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan "Kontakt" hazırda "Dyson", "Electrolux", "WAHL", "Toshiba", "Black&Decker", "Hoffmann" kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, "Samsung", "LG", "Bosch", "Huawei", "Realme", "Sony", "Panasonic", "BQ", "Sonorous", "Elari", "Thomas", "Beurer", "Karcher", "H Gala", "Cassore", "Simge" mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, "Apple" brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir.

İqtisadiyyat       Tarix: 19 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu sonxeber.az cəbhədən son dəqiqə son xəbərlər bugün 2026