"Könüllülər ili"nin yekunlarına həsr olunmuş videokonfrans keçirildi

"Könüllülər ili"nin yekunlarına həsr olunmuş videokonfrans keçirildi"Könüllülər ili"nin yekunlarına həsr olunmuş videokonfrans keçirildi
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Könüllülər İli"nin yekunlarına həsr olunmuş "Vətən üçün özümüz bir, könlümüz bir" mövzusunda videokonfrans keçirilib.
Bu barədə Oxu.Az-a Komitədən məlumat verilib.
Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəblinin moderatorluğu ilə aparılan videokonfransda Azərbaycan Diaspor Könüllüləri və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) könüllüləri, eləcə də xaricdə yaşayan bir qrup azərbaycanlı gənc iştirak ediblər. Tədbir Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və RİİB könüllülərinin ifasında Dövlət Himninin səsləndirilməsilə başlayıb. 
Videokonfrans iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov hər bir könüllünü ölkəmizin parlaq qələbəsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2019-ci il tarixli sərəncamını xatırladan komitə sədri bildirib ki, bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılıb.
Nəticədə könüllülər bir çox fəaliyyət sahələrində, o cümlədən diaspor hərəkatında onlara bəslənən ümidləri doğruldublar. 
Diaspor və RİİB könüllülərinin, eləcə də xaricdə yaşayan gənc soydaşlarımızın qlobal koronavirus pandemiyası, Tovuz təxribatları və 44 gün davam edən Vətən Müharibəsi zamanı göstərdikləri fəaliyyət yüksək qiymətləndirilib. Komitə sədri vətənpərvərlik, təşəbbüskarlıq, kreativlik, innovativ düşüncə tərzi və müasir dünya görüşü nümayiş etdirən diaspor və RİİB könüllülərinə, eləcə də xaricdə yaşayan gənc soydaşlarımıza minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir Diaspor Könüllülərinin fəaliyyətindən bəhs edən videoçarxın və RİİB tərəfindən hazırlanan Könüllülər himninin nümayişi ilə davam etdirilib.
Daha sonra "Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoru Bəxtiyar Rəhimov, RİİB-in Bakı Regional Bölməsinin rəhbəri Elvin Aslanov və könüllülər çıxış ediblər.
Çıxışlarda könüllülərin fəaliyyətinə yaradılan şəraitə görə dövlət başçısına, Heydər Əliyev Fonduna, ayrı-ayrı dövlət strukturlarının rəhbərlərinə minnətdarlıq ifadə edilib, görülən işlər haqqında məlumat verilib, informasiya müharibəsində könüllülərin sosial şəbəkə üzərindən fəaliyyətləri qeyd olunub, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib. Xaricdə yaşayan gənclər daim dövlətimizin yanında olduqlarını bildirərək, konüllülük fəaliyyətində aktiv iştiraklarına şərait yaradıldığı üçün təşəkkürlərini bildiriblər. 
Videokonfrans 2020-ci il ərzində "Karabakh is Azerbaijan!" Milli platformasında xüsusi aktivliyi ilə seçilən şəxslərə təşəkkürnamələrin təqdim edilməsi, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Diaspor və "Regional İnkişaf" İctimai Birliyi könüllülərinin dünya azərbaycanlı gənclərinə birgə müraciətinin səsləndirilməsilə başa çatıb. 

Siyasi       Tarix: 29 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən ən son xəbərlər son xeberler bu gun xeberler bugun 2026