Kopırkin: "Moskva Ermənistanı müttəfiq hesab etməkdə davam edir"
" class="imgbcode" />"Rusiyanın Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirməyəcəyini deməyə əsasım yoxdur. Amma indi bölgədə uzunmüddətli sülh əldə edilməsi son dərəcə vacibdir və hər kəsin maraqlarından irəli gəlir".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib:
"Rusiya rəsmilərinin heç də bütün bəyanatlarını Ermənistana qarşı ittiham hesab etmək olmaz. Bizim münasibətlərimizdə kifayət qədər işıqlandırılmayan müsbət qiymətləndirmələr də var".
Sergey Kopırkin daha sonra əlavə edib ki, bəzi Rusiya rəsmiləri Ermənistanı üçtərəfli bəyanatı yerinə yetirməməkdə ittiham edirlər. Ermənistan rəsmiləri də Rusiyanı ciddi tənqid edir, faciələrini və uğursuzluqlarını Rusiyanın ayağına yazmağa çalışırlar: "Moskva regiondakı proseslərə görə məsuliyyətdən boyun qaçırmır. O, məsuliyyətli aktordur və əsas problemlərin həlli və eskalasiyanın qarşısının alınması üçün əlindən gələni edir".
Ermənistanın xarici vektoruna gəlincə, Kopırkin əmin olduğunu bildirib ki, Nikol Paşinyan İrəvanın xarici siyasət vektorunu dəyişməyəcək: "Moskva görür ki, Qərbin məqsədi Rusiyaya qarşı bütün cəbhələrdə, istər Cənubi Qafqaz, istərsə də digər regionlarda mübarizə aparmaqdır. Rusiya narahatdır ki, kollektiv Qərb, ABŞ Rusiyanı özünün strateji rəqibi elan edib. Rusiya İrəvanı heç nədə ittiham etmir. Ermənistan müstəqil dövlətdir və xarici siyasət vektorunu dəyişmək də onun hüququdur. Lakin Qərbin Rusiya ilə qarşıdurmasını nəzərə alsaq, Ermənistanın narahatlığı normaldır. Moskva Ermənistanı strateji tərəfdaş və müttəfiq hesab etməkdə davam edir".
Vəli Həsənov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi