Koronavirus bir insana İKİNCİ DƏFƏ yoluxurmu? - Mütəxəssislər SON NÖQTƏNİ QOYDU
Koronavirusun bir insana ikinci dəfə yoluxması mümkünsüzdür.
Milli.Az xəbər verir ki, bunu Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) mütəxəssisləri açıqlayıb.
Aparılan araşdırmalara əsasən, ikinci dəfə COVİD-19 virusuna yoluxduğu zənn edilən insanlardan götürülən testlər xətalı olub. İnsanların ikinci dəfə yoluxmasına dair verilən açıqlamalar buradan qaynaqlanıb. Araşdırmaçılar 277 koronavirusdan sağalan və ikinci dəfə yoluxduğu zənn edilən 277 xəstə üzərində aparılan analizlər zamanı bu nəticəyə gəlib.
"Sky News"un xəbərinə görə, koronavirusdan sağalanlarda ikinci dəfə test nəticəsinin pozitiv çıxması SARS-Cov-2 virusunun ölmüş hissəciklərinin orqanizmdə qalmasından qaynaqlanıb. Araşdırmaçıların fikrincə, ikinci testlər virusun canlı və ya ölü olduğunu müəyyən edə bilmir.
Son rəqəmlərə görə, Cənubi Koreyada 10 min 800 nəfər koronavirusa yoluxub, 252 nəfər dünyasını dəyişib. Bu da Ümumdünya Səhiyyə Təşkilatının bu ölkə üçün olan statistik ortalamasından olduqca aşağıdır. (publika.az)
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ