Koronavirus əlamətləri hiss edən zaman nə etməli, kimə müraciət etməli? – Addım-addım TƏLİMAT

Koronavirus əlamətləri hiss edən zaman nə etməli, kimə müraciət etməli? – Addım-addım TƏLİMATƏgər bir şəxs özündə və ya ailənin bir üzvündə yeni COVID əlamətlərindən birini hiss edərsə, yoluxmasına şübhələnərsə, iş yerində və ya ünsiyyətdə olduğu insanlardan kimdəsə virus aşkarlanarsa, dərhal özünü evdə təcrid etməlidir və aşağıdakı tədbirləri görməlidir.
Milli.Az medicina.az-a istinadən çoxsaylı müraciətləri nəzərə alaraq, vəziyyətə uyğun davranış və yardım bəndlərini tərtib edib.
• Dərhal, gözləmədən və gün itirnədən 103 və 1542 (TƏBİB) qaynar xətlərinə (yaxşı olar ki, şəhər telefonu ilə zəng edəsiz, uzun növbələr var) zəng edib, virus əlamətləri keçirdiyini bildirib, test tələb edirsiz. Özünüzü növbəyə yazdırın və gün ərzində təcili yardıma dəfələrlə zəng edib, özünüzü xatırladın. Zaman itkisinə yol verməyin.
Təcili yardım gecəyarı da test üçün gələ bilər. Əgər qeydiyyatda olduğunuz ərazi üzrə təcili yardım stansiyasının nömrəsini bilirsizsə, ora da məlumat verin.
• Daha sonra qeydiyyatınız üzrə poliklinikaya zəng edib, sizin yaşayış yeri üzrə sahə həkimi və terapevti tapın, məlumat verib, ilkin tibbi müdaxilə və müalicə sxemi istəyin. Sizi qeydə alsın və nəzarətdə saxlasın.
• Təcili yardım gələnə kimi özəl klinikalardan birinə (ikiqat maska, əlcək taxmaq və tək getmək şərtilə) gedib, ilk rentgen etdirin. Hər ehtimala qarşı ümumi qan, qanda C reaktiv zülal analizi verdirin.
. Əgər rentgen nəticəsində pnevmoniya aşkarlanarsa, yubatmadan KT müayinədən keçib, sonra evə qayıdın.
Xəstəxanaya gedib gələrkən ictimai nəqliyyatdan istifadə etməyin.
KT və rentgen cavablarınızı ailə içindən olmayan biri götürüb, öncədən danışdığınız pulmonoloqa apararaq (özəl klinikada da olar) ödənişli də olsa, göstərib, müvafiq müalicəni yazdırmaq və o reseptə uyğun müalicəyə başlamaq lazımdır.
• Təcili yardım gəlmədikdə onlara zəng edib, testin nə vaxt olacağını soruşun, tezləşdirin. Eləcə də Təbib və bütün digər qaynar xətlərə yenidən zəng edin
• Ailə içində yaşlı, xroniki xəstəliyi olan nənə-baba, ana-ata varsa və ayrı bir bağ evi, qeydiyyatda olduqları rayon evi olarsa, onları ora göndərib, izolə edə bilərsiz.
• Evin içində dəsmal, sabun, qab, stəkan, əşyalar, yataq, otaq ayırın. Otağınız daim havalı olmalıdır, pəncərələri açıq saxlayın.
• Siz və ailə üzvlərinizdən heç kim market, aptek, poçt, banka getməməli, qonşu və qohumlarla ünsiyyəti dayandırmalıdır.
• Ərzaq və ya dərmanlarınızı almağı qonşulardan xahiş edə bilərsiz. Onlar zənbili qapıya qoyub gedə bilər. Dərmanları onlayn sifariş edin. Kuryerə 1 metrdən çox yaxınlaşmayın
• Test götürülənə və cavab çıxana qədər vəziyyətinizə uyğun bu spesifik müalicəni edə bilərsiz:
- Qızdırma varsa, Parasetamol - gündə 2 dəfə
- Gecə yatmazdan əvvəl Nimesil - iltihab əleyhinə
- Bol ət bulyonu (sadə), meyvə suları, kompot, limonlu zəncəfilli çay, bitki çayı, dəmləməsi və s. Içmək
- Çox uzanmamaq, idman, tənəffüs gimnastikası etmək. Gecələr çıxıb hava ala, gəzə bilərsiz.
- Gündə 5 dəfə hərarəti və təzyiqi ölçüb qeyd etmək (yazın)
- Sakitləşmək üçün valerian və ya digər əsəb sakitləşdirici dərman için
- Virusa qarşı immun dəstəkləyici Arbidol (tapılsa), olmasa Ergeferon. Gündə 2 tablet- dil altında sovurmaqla
- Polilinikadan tibb bacısı çağıra bilirsizsə (o xüsusi geyimdə olmalıdır), gündə 1 dəfə sistem: Vitamin C yüksək doza, dimedrol, ringer məhlulunda. Yoxdursa, ailədən kimsə əzələ daxili Vitamin C inyeksiyası etsin.
- Sink preparatı - immunitet üçün
- İtburnu dəmləməsi - su əvəzi için
- Burunu və boğazı qarqara etmək, yumaq gündə 5 dəfə - duzlu su. sodalı su. natri xlor
- Apteklərdən Tamiflyu adlı preparat tapa və əldə edə bilsəz, qəbul edə bilərsiz - bu dərman donuz qripi dövründə müalicə üçün təyin olunurdu
- Pnevmoniya varsa, antibiotik mütləqdir. Onu da ya sahə həkiminiz, ya da özəl olaraq müraciət etdiyiniz həkim pulmonoloq yazacaq. Amma daha çox Azitromisin 500 dozalı antibiotik istifadə olunur.
- Ağciyərlərdə bəlğəm və alveolların dolması varsa, ACC toz halında dərmanı içə bilərsiz, o bəlğəmin yumşalmasını təmin edir.
- Boğulma, nəfəs darlığı. 3-5 gün ərzində yüksək hərarət, göyərmə, yataqdan qalxa bilməmək kimi ağırlaşma zamanı dərhal təcili yardımı çağırıb hospitəlizə olunmalı. Xəstəxanaya getməkdən qorxmayın, əksinə bunu tələb edin
Əlavə qeydlər:
- Testin gec götürüldüyü məlumdur, 103 götürdüyü testin cavabı 3-4 günə çıxa bilər. Əgər maddi imkanınız varsa, özünüzə görə narahatsızsa və hər şeyin tez həll olmasını istəyirsizsə, özəl laboratoriyalarda yaxma testi verdirib, 24 saata cavabı ala bilərsiz
- İmkan varsa, inhalyasiya aparatı alıb, təlimatına uyğun ağciyər problemlərində evdə istifadə edin, o zaman boğulma və nəfəs tıxanması azalacaq
Eləcə də imkan varsa elektron termometr, tonometr (təzyiq ölçən aparat), eləcə də imkan varsa, apteklərdə satılan Pulse Oximeter adlı mini cihazı ala bilərsiz.
Bu cihaz qanda oksigenin miqdarını göstəririr. Normal fəaliyyət göstərən ağciyərlərdə bu göstərici 95-100 olur.
Bütün bunlar hər bir xəstə üçün lazımi kiçik cihazlardır, hansı ki, hər kəs üçün əlçatandır.
Çalışın sağlam qaıln, sağ qalın!
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 24 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün apa.az xeberler son xeber az valyuta