Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb
Amerikalı alimlər koronaviruslara qarşı vaksin kimi istifadə edilə biləcək süni virus yaradıblar.
Süni virus hələlik laboratoriya şəraitində, MERS koronavirusu yoluxmuş siçanlar üzərində sınaqdan keçirilib. Alimlər hesab edirlər ki, bu yanaşma SARS-CoV-2 virusuna qarşı da səmərəli olacaq. Araşdırmanın nəticələri Amerika Mikrobiologiya cəmiyyətinin mBio jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda dünyada insanları COVID-19 və ya ondan əvvəlki SARS (SARS qeyri-tipik pnevmoniya adı ilə məşhur olan kəskin respirator sindromu) və MERS (Yaxın Şərq respirator sindromu) kimi koronavirusların törətdiyi infeksiyalardan qoruyan vaksin yoxdur.
Alimlər yeni araşdırmada gen-mühəndis virusunun yaradılmasına əsaslanan perspektivli yanaşmanı təsvir edirlər. Koronavirusların "tikanları" bu virusun tərkibindəki zülal fraqmentlərindən əmələ gəlir. Onlar hüceyrələrin səthindəki reseptorlarla bağlanır, bu da virusun sağlam hüceyrələrə keçməsinə imkan verir.
Müəlliflər yeni virusu MERS virusuna qarşı vaksin kimi siçanlar üzərində sınaqdan keçiriblər. Məlumdur ki, MERS virusu siçanları məhv etmir, buna görə də eksperiment üçün model heyvanlar yaradılıb. MERS virusu bu heyvanların orqanizmində toplanan DPP4 zülalı vasitəsilə insan hüceyrələrinə daxil olur.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ