Koronavirusa qarşı vaksin daimi immunitet yaratmaya bilər
İnfeksiyanın gələcəkdə mümkün mutasiyası ehtimalına görə koronavirus əleyhinə potensial peyvənd COVID-19 xəstəliyinə qarşı daimi immunitet yaratmaya bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ehtimalı ABŞ-ın Milli Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutunun direktoru Entoni Fauçi səsləndirib.
"Əgər COVID infeksiyası özünü digər koronaviruslar kimi aparsa, çox güman ki, immunitet uzun müddət davam etməyəcək", - deyə Entoni Fauçi bildirib. Onun sözlərinə görə, koronavirusa qarşı vaksin adətən 3-6 ay ərzində və demək olar ki, bir ildən az müddətdə effektiv olur.
Alimlərin bir hissəsi isə bu məsələyə optimist yanaşır. Onlar hesab edirlər ki, virusun mutasiyası əhəmiyyətli dərəcədə deyil və hazırlanan vaksinlər həm koronavirusun hazırda mövcud olan, həm də gələcəkdə uğrayacağı mutasiyalara qarşı səmərəli olacaq.
"Bu virus, məsələn, qrip infeksiyası qədər mutasiyaya uğramır. Ümid edək ki, SARS-CoV-2 vaksini azı bir neçə mövsüm ərzində effektivliyini saxlayacaq", - deyə Kanzas Universitetinin professoru, virusoloq Brendon Dekoski bildirib.
Qeyd edək ki, koronavirusa qarşı Çində hazırlanan peyvənd bu ilin sonlarında bazara çıxa bilər.
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ