Xəbərdarlıq: "Əgər bu əlamətlər sizdə varsa, dərhal həkimə gedin, əks halda..."
"Yay aylarında havaların dəyişkən keçməsi insanların sağlamlığına həm müsbət, həm də mənfi təsir göstərir. Havaların isinməsi, xüsusilə dəniz mövsümünün açılması insanların əhval-ruhiyyəsinə müsbət təsir etsə də, qeyri-sabit hava şəraiti bir sıra sağlamlıq problemlərinə yol aça bilər".
Bu sözləri həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında səsləndirib.
Həkimin sözlərinə görə, son günlərdə qrip viruslarına yoluxma hallarında artım müşahidə olunur. Eyni zamanda, halsızlıq və yuxululuq kimi şikayətlərlə tibbi müraciətlərin sayı da çoxalıb.
Mütəxəssis bu hallarının səbəblərindən birinin məhz havanın kəskin dəyişməsi olduğunu vurğulayıb.
"Qan təzyiqində oynama halları artır. Günəş altında uzun müddət qalmaq belə təzyiqin dəyişməsinə səbəb ola bilər. Halsızlıq və yuxululuq kimi şikayətlərlə müraciət edən şəxslər əvvəlcə terapevt, daha sonra isə endokrinoloq müayinəsindən keçməlidirlər," – deyə həkim bildirib.
Uzunmüddətli halsızlıq hormonal problemlərin göstəricisi ola bilər. Bu zaman hormonal analizlərin verilməsi tövsiyə olunur. Mütəxəssis bildirir ki, günəşli havaya baxmayaraq, D vitamini çatışmazlığı geniş yayılıb. Bu isə xüsusilə, insulin dirənci olan, qalxanabənzər vəzisində problem yaşayan şəxslərdə daha çox halsızlıq ilə nəticələnir.
"Halsızlıq və yorğunluq simptomlarını yüngül qəbul etməyin. Bu, bəzən daha ciddi xəstəliklərin xəbərçisi ola bilər."
Profilaktik tədbir olaraq isə G. Lətifova bunları tövsiyə edir:
•Bol su içmək
•Gündəlik fiziki aktivlik, yürüyüş
•Açıq havada, xüsusilə yaşıllıq olan ərazilərdə vaxt keçirmək
•Yuxu rejimini normallaşdırmaq
Həkim-terapevt vətəndaşlara sağlamlıqlarına qarşı diqqətli olmağı və havaların dəyişkənliyinə uyğun həyat tərzi seçməyi tövsiyə edir.
Aynurə İsmayıl
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı