Koronavirusa yoluxduğundan körpəsi bətnindən götürülmüş qadın vəfat etdi - Həkimindən ürəkparçalayan YAZI

Koronavirusa yoluxduğundan körpəsi bətnindən götürülmüş qadın vəfat etdi - Həkimindən ürəkparçalayan YAZIXəbər verdiyimiz kimi, ötən həftə koronavirusa yoluxmuş hamilə qadının vəziyyəti ağırlaşdğından onun bətnindəki körpə 27 həftəlik keysəriyyə ilə götürülmüş, həm ana, həm də körpə süni tənəffüs cihazına bağlanmışdı.
Milli.Az medicina.az-a istinadən bildirir ki, təəssüf ki, həmin gənc qadın vəfat edib.
10 günlük yarımçıq doğulmuş körpə isə küvezdə, süni tənəffüs aparatındadır.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın üzvü Aygün Rüstəmxanlı bu ürəkdağlayan hadisə barədə hisslərini qələmə alıb:
Aygün Rüstəmxanlı və həmin körpə
"Bu gün ATU -Tədris - Cərrahiyyə klinikasında koronovirusdan itirdiyimiz hər xəstə, onu yaxından tanıyan, tanımıya, burda bu ağır dönəmdə calışan hər bir tibb işcisinə yaxını imiş kimi acı verir.
Her bir insanın həyatında itkilər olub. Tanıdığın, doğma saydığın insanların ölüm xəbərini eşitdiyin anlar olub... Acı yaşadığı anlar...
Kimisi qan bir yaxınını, kimisi ruh bir yaxınını itirib. O itkinin qəlbinə vurduğu ağrı - acı elə dərin izlər acıb ki, uzun zaman adını dilinə gətirdikcə köksündə olan sancı, özündən ixtiyarsız dilindən ah - nalə olaraq səslənib...
O hisləri mənə yaşadan, xatirəmdə iz buraxan ən faciəvisi əmimin həyat yoldaşı, əziz dostum, insanlığında kimsənin zərrə qüsur tapmadığı, sanki Allahın bu dünyadan qorumaq ücün öz dərgahına aldığı Könülün avtomobil qəzasında ölüm xəbərini eşitməm olmuşdu.
Digəri isə olmuş o qədər döyüşlərə rəğmən, Aprel döyüşləri idi...
Məhs o döyüşlərdə olan itkiləri cox faciəvi şəkildə yaşamışdım. Sanki, hər biri mənə bir Könül olmuşdu ...
O zamanlar icimdən, birisi illərlə onlara oxşama desin ki, hər kəsi ağlatsın, hec bir zaman unudulmasınlar istəyi kecirdi.
O zamanlar təskinlik verənlərin, böyüklərin sözləri indi də qulağımda səslənir:
""Allahın məsləhətidir, daha betər günlərdən Allah qorusun";
"Çox ah-nalə günahdır".
Bu gün yenidən o günlərdən bənzərini yaşayıram...
Bu gün yenə bir, "aprel döyüşünün acısını" qəlbimin içini dəlik-deşik edən ağrıyla duyuram...
Bu gün yenə bir itki mənə "Könül acısı" yaşadır ...
Bu gün ağladığım acıdığım səbəb, 5 yaşında qızın anasının virus düşməninə yenik düşməsi, anasız qalmasıdır. Bir qıza anadan yaxın Könül dostu yox ikən, o qız anasız qaldı...
"Ana bacım olsun" deyən, arzulayan bu qızcığaz hardan bilsin ki, xəstəlik qismində bir düşmən gələcək, adı koronovirus olacaq.
Bacısını ana bətnində cəmi 27 həftə böyüdə biləcək anası...
Hardan bilsin ki, anasının həyatının sonu olacaq o virus.
Bu döyüşdə düşmən qalib olmaz deyib, inanmaq istədik... Hər birimiz ....
İnanmaq istədim ki, bəlkə Tibbin olan imkanlarla, gücünün qadir olmadığı halda
Ana - övlad bağının qüdrətinin şahidi olacağıq.
İnanmaq istədim ki, bu tarixçə fərqli olacaq.
Əslində, ruhdan ruha toxunuş var; inan dedim 10 gün ərzində özümə...
Düz 10 gün əvvəl doğuldu 5 yaşında qızın bacısı.
Düz 10 gün əvvəl başladı 5 yaşında qızın anasının həyat uğrunda mübarizəsi. Hər saatda son saatıdır deyib, çabaladı reanimasiya şöbəsinin həkilmləri və komandası, əllərini çəkmədi, midlərini üzmədi, dinclik tapmadı.
Yaşaması saatlar çəkər dedikcə, mümkünsüz dediyimiz həyatı 10 gün cihaza bağlı davam edən bu balaca körpə nəyin cabasındaydı?!
Öz həyatınlnmı? - deyil...
Bu balaca körpə, döyünməkdə davam edən köksündəki ruhuyla, anasına yaşamaq gücü vermək cabasındaydı.
Sanki böyük bacısına, özündən cox anasını geri qaytarmağa köklənmiş bir vəfa borcu vardı.
Sanki ana da yenicə doğulmuş balaca körpəsini, döyünən ürəyinin ruhsal bağıyla yaşatmaq ücün dirənirdi...
5 yaşındakı qızına verdiyi vədi vardı; öz yaşamasıyla körpəsini həyata qaytarmaq cabasındaydı...
Amma olmadı!
Bir gənc ana dünyasını dəyişdi, bu gün...
5 yaşında bir qızcığaz anasız qaldı.
10 günlük bir körpə dünyaya gəlişinə peşman ikən, Könül bağı yox ikən, nə qədər dirənəcək bəlli deyil...
Bütün bu ağır, faciyəvi günlər ATU -TCK - nın fiziki yükdən qat -qat cətin olan, mənəvi yükdən tükənməkdə olan həkimlərinin, tibb heyətinin gözləri önündə baş verərkən, yenidən aprel döyüşlərindəki düşüncələrlə ürək ağrısı yaşayıram...
Yenidən bir müharibə dönəmi yaşayırıq... İnanın.
Bu tarixçəyə biganə qalmayın... Bu tarixçəyə bənzər neçə tarixçə, həkimlərin tibb işcilərinin həyatının parçasına çevrildi, dərdi oldu, açısı-ağrısı oldu... Bundan kim usanmaz, kim?!
Buna kimin ürəyi yanmaz ki?!
Azərbaycanımızın bizim ücün canı, onun sağlığı əhəmiyyətli olan hər bir vətəndaşı, özünüzü qoruyun ...
Bu tarixçənin bənzəri sizlərdən də birinin olmaması ücün özünüzü qoruyun...
İnanın ki, sətirlər gözlərimin önündə dumanlanmış, fikirlər darmadağındı ... İnanın ki, 5 yaşında qızın Könül dostunun anasının itkisi doğmamız kimi acı verir...
İnanın ki, hələ ki yaşayan, ağır körpəsinə baxdıqça ürəyimiz parçalanır....
İnanın ki, yetəri gədər savadlı, bacarığlı, humanist həkimlərimiz var ki, savad və bacarıqları ilə qarşı çıxa bilmədikləri bu ağır xəstəlikdən itirilən, tanımadığları insanlar ücün "Allah rəhmət etsin" deyib kecmir;
ürək yanğısı yaşayırlar... Bunun şahidiyəm... Hər itirilən xəstənin yaxın ailə üzvünə cevrilirlər ...
Bu doğmalaşan yadlıqlar xatirinə özünüzə ögey olmayın... Özünüzü qoruyun.
Umu - küsü zamanı deyil, inanın cox cətindir.
"Daha betər günlərdən Allah qorusun" deməkdən başqa əldən gələn nə var, bilmirəm artıq ...
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Estetik əməliyyatlar məhdudlaşdırılır? – Qadağalar tətbiq oluna bilər

Son illər estetik əməliyyatlara marağın artması cəmiyyətdə yeni bir tendensiya formalaşdırıb. Əgər əvvəllər yalnız burun əməliyyatları üstünlük təşkil edirdisə, bu gün bədənşəkilləndirmə, liposaksiya, sinə dikləşdirmə kim

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

Bu çay ürəyi qoruyur, stressi azaldır

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

Qriplə əlaqədar epidemioloji vəziyyət

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır". bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler metbuat xeberleri son xeberler bu gun cəbhədən video