Koronavirusdan sağalan azərbaycanlı iş adamı: "Həyatımda bundan da pis qriplərə tutulmuşam"

Koronavirusdan sağalan azərbaycanlı iş adamı: "Həyatımda bundan da pis qriplərə tutulmuşam"Xəstəlik dövründə biz dad və iybilmə qabiliyyətimizi itirmişdik və hələ də bərpa olunmayıb. 
Milli.Az xəbər verir ki, bu sözləri koronavirusa yoluxmuş Kanadada yaşayan azərbaycanlı iş adamı Ruslan İsmayılzadə Amerikanın Səsinə müsahibəsində deyib. Artıq test nəticələrinin mənfi olduğunu bildirən R.İsmayılzadə virusa necə yoluxmasından və bu müddət ərzində başına gələnlərdən danışıb:
"Hazırda özümü yaxşı hiss edirəm, ümumilikdə, bu dövr ərzində normal hiss etmişəm. Həyatımda bundan da pis qriplərə tutulmuşam, bu, ən pislərindən biri olmadı. Şirkətim var və bizim martın 10-da Nyu-Yorka biznes səfərimiz planlaşdırılmışdı. Səfərimiz zamanı həm məndə, həm də partnyorumda qızdırma başladı. Qızdırma daha sonra quru öskürəklə əvəzləndi. İstiliyimiz elə də yüksək olmurdu. Ona görə, başlarda diqqət etmədik. Elə bilirdik koronavirus tutanda adam partlayır. İnsanlar bilsin ki, bu, çox zaman adi qrip formasında keçir, ən pis versiyada isə sətəlcəm olurlar.
Biz virusa yoluxduğumuzu biləndə özümüzü izolyasiya etdik və Kanadaya geri döndük. 
Test olunduq, nəticələrimiz müsbət çıxdı. Həkimimiz çox dərman qəbul etməməyi, sadəcə istiliyimiz qalxarsa, parasetamol içməyi məsləhət gördü". 
Onun sözlərinə görə, daha sonra yoxlanılan zaman test nəticələri mənfi olsa da, həkimlər şəxsi izolyasiya dövrünün davam etdirilməsini məsləhət görüb:
"Martın 25-də yenidən test olunduq və nəticələr mənfi oldu. Ancaq bizə xəbərdarlıq olundu ki, testlər elə də təkmilləşdirilməyib, hələ də yoluxucu qrupa daxilik və izolyasiyanı davam etdirməliyik. Hərdən nəfəs darlığı olur, hərdən də qızdırma yaranır. Ona görə, hələ ki, tam sağlam sayılmırıq. 
Əvvəl hamı deyirdi, 14 gün ərzində hər şey bitir. Sonuncu danışdığımız həkim 21 gün dedi. Hər bir region üzrə simptomları fərqli ola bilər.
Bizim xəstəxanamız tamamilə onlayn sistemə keçib. Həkimim dərman siyahımı aptekə göndərdi, aptek də dərmanı evimə göndərdi. Hökumətlər hazır olmasa da, inkişaf etmiş ölkələrin biznesi bu kimi situasiyalara hazırdır. Evdə qalın, yanlız vacib şeylər üçün küçəyə çıxın".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 29 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi 2026 sou biznes valyuta mezennesi cəbhədən son məlumat