Koronavirusdan sonra dünyanı gözləyən 7 şok dəyişiklik - ÇOX İNSAN AYAQLAŞA BİLMƏYƏCƏK

Koronavirusdan sonra dünyanı gözləyən 7 şok dəyişiklik - ÇOX İNSAN AYAQLAŞA BİLMƏYƏCƏKDünya miqyasında 1 milyondan çox insana yoluxan, on minlərlə insanın həyatına son qoyan koronavirus, əlbəttə, bütün həyatı alt-üst etdi. İnsanların ən çox maraqlandığı mövzular arasında pandemiyadan sonra həyatın hansı axarda davam edəcəyi, gündəlik axının bundan necə bir pay götürəcəyidir.
Milli.Az publika.az -a istinadən xəbər verir ki, koronavirusdan sonra dünyanın gələcəyi ilə bağlı suallar futuristlərə ünvanlanıb. Onların proqnoz və gözləntiləri belədir:
"Həyatın artan sürəti ilə bir çox insan bacara bilməyəcək"
50 il əvvəl dünyanın ən öndə gedən futuristlərindən Alvin və Haydi Toffler həyatın artan sürətindən bəhs etdikləri "Future Shock" (Gələcəyin Şoku) adlı kitabı yayımladı. Tofflerlər bu sürətə bir çox insanın uyğunlaşa bilməyəcəyini və buna görə ictimai və fərdi şok yaşanacağını həmin kitabda yazmışdı.
Özünü gələcəyə fokuslu strateji konsaltinq şirkəti kimi təqdim edən "Toffler Associates"in baş icraçı direktoru Mariya Bosvell sözügedən şoku necə geridə qoyacağımızın uyğunlaşma istedadımızdan asılı olduğunu və yaşananları yüngül qəbul etməyə çalışmağın kifayət etməyəcəyini söyləyir.
"Yeni normalarla qarşılaşacağıq"
Bosvell bu gün yaşanan dəyişikliklərin nə qədərinin daimi, nə qədərinin keçmişdəki vəziyyətinə geri qayıda biləcəyini bilməyin mümkünsüzə yaxın olduğunu bildirir. O, sadəcə 3 həftəyə yaxındır ki, karantində olmağımıza rəğmən, dəyişikliklərə necə uyğunlaşdığımıza diqqət çəkir: "Böhrandan sonra yeni bir "normal" ilə qarşılaşacağıq. Ancaq bu, bəzilərinin proqnozlaşdırdığı kimi nəhəng miqyasda olmayacaq. Lakin insanlar dəyişikliklərə hazır olmalıdır".
"Qaçacaq yerimiz yoxdur"
İngilis astronom Sir Martin Ris özünü pandemiyalar mövzusunda "fəlakət dəllalı" elan edən bir elm adamıdır. Ris mövzu ilə bağlı mövqeyini belə açıqlayır: "Pessimistliyin təməlində bu cür hadisələrin yenidən gerçəkləşə billəcəyi, buna "pis aktyorların" səbəb olacağı və daha çox pessimist, yoluxucu dəyişiklik saçacağı fikri yatır. Bu, suçiçəyi və ya qrip xəstəliyi ilə ola bilər. Nə isə ki, yeni virus daha qarışıqdır, ancaq ehtimal ki, onu da hekləməyimiz an məsələsidir.
Risin son futurist işi 2018-ci ildə yayımlanan "On the Future" (Gələcək Haqqında) kitabıdır. Burada az da olsa, pandemiya və bu çərçivədə ictimai qopmalar, bir-biri ilə əlaqəli dünyada iqtisadi çöküşdən qaçacaq bir yer olmamasından bəhs edilir.
"Götürəcəyimiz dərslər var"
Ris pandemiyadan götürüləcək dərslərlə bağlı "optimist ssenarilərdən biri bir dəfəyə məxsus olay olmaması, müqavimətli olmayan, uzun tədarük zəncirlərinə bel bağlamamağımızın vacibliyini bildirir. Bu cür hadisələrə qalib gələ bilmək üçün boş potensiala, insanlara və cihazlara sərmayə qoymamaq lazımdır. Ancaq bu, çox da ehtimal olunmur. Alacağımız ikinci dərs isə şəhərdə işləyənlərin hər gün evlə iş arasında "1-2 keyfsiz" saat keçirməsinin lazım olmadığını öyrənməyimizdir.
"Evdən işləmək davam etməlidir"
Koronavirus böhranında ilk gördüyümüz tədbir evdən işləmək oldu. Araşdırmalarını Berlin-Brandenburq Təbiət və Humanitar Elmlər Akademiyasında aparan İzabella Hermann elmi-fantasikanın sosio-mədəni və texnoloji təsirləri üzərində işlər görür. Hermann bəzi qurumların işçilərini evdə işləmək məcburiyyətində olmaqdan qorumağa çalışa biləcəyini söyləyir: "Bunun altında yatan məna çox qəribədir. Yəni işin həyatınızın bir parçası və ya görməkdən xoşlandığınız bir şey olmadığı, əksinə, hər gün 8 saat görmək məcburiyyətində olduğunuz bir şey olduğu fikri. Həyatın da yalnız bundan sonra başladığı".
"Rəqəmsallaşma sürətlənəcək"
Konnektikut Universitetində Süni İntellekt, Zehin və Toplum Qrupunun direktoru olan Syuzan Şnayder isə pandemiyanın onlayn işləyə bilməyimizin mümkün olması üçün lazımi infrastrukturu təkmilləşdirmə prosesini sürətləndirəcəyini bildirir.
Sürətli şəbəkə bu gün 5G texnologiyası sayəsində mümkündür. Bəs texnologiya hər şeyin həllidirmi?
Video-konfrans texnologiyasına nəzər salaq. İstifadəsi rahat olsa da, insanlararası əlaqələrin əhəmiyyətli ünsürlərindən olan bədən dilini, baş və çiyinlərdən başqa heç nəyi göstərməyi bacarmır. Bütün səslər normal gəlir, mikrofonlar açılıb-bağlanır, təşvişli və hirsli əl jestləri iş yoldaşlarımıza göstərilmir. Syuzan Şnayder kommunikasiyanın insani səviyyəsini itirəcəyimizdən qorxur: "Pandemiyadan sonra dünyada şirkətlərin insan əməyindən daha az istifadə etməsi və insan işçilərin yerini avtomatlaşdırma və süni intellektin tutmasından qorxuram. Kompüter və robotlar xəstələnmirlər..."
"İstehlakda köklü dəyişikliklər gözlənilmir"
Bəs sıfırdan başlamaq mümkündürmü? Sırf alış-veriş vərdişlərimiz üçün belə darıxarkən mədəniyyətlərin hamısını dəyişdirmək mümkün ola bilərmi?
İsabella Hermann belə deyir: "İqlim aktivistlərinin ümid etdiyi kimi, istehlak vərdişlərimizdə dəyişiklik olmayacaq. Bu, ancaq sistem dəyişdiyi təqdirdə mümkün ola bilər. İndi gördüyümüz iş isə nə olursa-olsun, sistemi ayaqları üzərində saxlamaqdır. Heç bir şey gələcəyi proqnozlaşdırmaqdan daha çətin deyil. Hər cür trend və bilgini analiz edib növ-növ ssenarilər inşa edə bilərik, amma gələcək xətti dəqiq deyil".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 10 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

40 yaşdan yuxarı insanlar üçün təhlükəli qidalar - Xəbərdarlıq

40 yaşından etibarən pəhrizinizə əlavə diqqət yetirməlisiniz. xəbər verir ki, 40 yaşlarınızda bədəndə bir çox fizioloji dəyişikliklər başlayır. Metabolizm yavaşlayır, əzələ kütləsi azalır və bədən yağı artmağa meyllidir

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Xərçəng riskini azaldan orqan - Alimlərdən yeni kəşf

Tibb dünyasında uzun illərdir yetişkinlərdə funksiyasını itirdiyi düşünülən və bəzən cərrahi yolla çıxarılan timus vəzinin əslində immun sistemini gücləndirərək xərçənglə mübarizədə və ürək sağlamlığında önəmli rol oynadığ

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbərlər cəbhədən yeni xəbərlər şou biznes xəbərləri