Koronavirusun müalicəsi ilə bağlı XƏBƏRDARLIQ: "Bu dərmanlar həyati təhlükə yaradır"

Koronavirusun müalicəsi ilə bağlı XƏBƏRDARLIQ: "Bu dərmanlar həyati təhlükə yaradır""Britaniya alimlərinin apardığı tədqiqatlara görə, "Deksametazon" və "Prednezalon" ağciyərlərin müalicəsində müsbət təsir göstərir. Bu dərmanlar yeni deyil, çoxdan var və bundan əvvəl pnevmoniyanın müalicəsində istifadə olunurdu. Amma onlar reseptsiz, həkim nəzarəti olmadan özbaşına istifadə ediləcək dərmanlar deyil".
Milli.Az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman "Deksametazon" və "Prednezalon" preparatlarının COVİD-19 xəstəliyinin müalicəsinə təsiri barədə yayılan məlumatlar haqqında danışarkən deyib.
Həkim bildirib ki, sözügedən dərmanlar bir həftədən artıq antibiotiksiz istifadə edilərsə, ağırlaşma, hətta ciddi həyati təhlükə yarada bilər:
"Bu, COVİD-19-un protokolunda da qeyd olunub. Hər ikisi də hormonal dərmandır, çox ciddi təsirləri var. Şəkərli diabet, nekroz, sümük nekrozu, piylənmə və s. əlavə zərərləri olan dərmanlardır. Əgər COVİD-19 əleyhinə digər müalicəni almadan təkcə "Deksametazon" və "Prednezalon" qəbul edilərsə, çox ağır nəticələrə səbəb ola bilər. Bunlar hormonal dərmanlardır. Onları qəbul etmək xəstəliyin müalicəsi olunması demək deyil, sadəcə müalicənin bir hissəsidir. Həkim nəzarəti olmadan bu dərmanları qəbul edən insanlar gələcəkdə səhhətlərində çox ciddi problemlər yaşayacaqlar. Ümumiyyətlə, insanlar bu dərmanları qəbul edəndə daha enerjili və aktiv olurlar. Amma o hormonu dayandırdıqdan sonra əvvəlkindən daha ciddi problemlər meydana çıxır".
"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVİD-19 haqqında protokolu var. Bu protokolda "Prednezalon" göstərilib. Hormonal dərmanlar etanola əsasən təyin edilir. Ən az əlavə təsiri olan bir vasitə kimi "Metil-Prednazolon" göstərilir. "Prednazol"un 30 ml qramı "Deksametazon"un 4 ml qramına bərabərdir. Bu, o deməkdir ki, "Deksametazon" 7-8 dəfə daha güclü təsirə malikdir. İnsanlar bilməlidirlər ki, həkim nəzarəti olmadan və digər dərmanlarla birlikdə istifadə edilmədən hər hansı xəstəliyi "Deksametazon" və "Prednezalon"la müalicə etmək mümkün deyil. Çünki bunların hər ikisi immuniteti zəiflədən dərmanlardır. Xüsusilə bir həftədən artıq qəbulu orqanizmdə olan mikroorqanizmlərin aktivləşməsinə səbəb olur. Əgər COVİD-19 orqanizmə kənardan daxil olursa, "Deksametazon" və "Prednezalon"u vurmaqla və ya tablet şəklində qəbul etməklə, sağlam insanların orqanizminin mikroflorası pozulur. Nəticədə aktivləşən xəstəliklərdən biri də vərəmdir", -deyə pulmonoloq qeyd edib.
Ekspert adıçəkilən dərmanların ölkəmizdə reseptsiz satılmasına münasibət bildirib:
"Təəssüf ki, bizdə bu dərmanların satışına nəzarət yoxdur. Avropada nəinki "Deksametazon" və "Prednezalon", antibiotiklər, həmçinin vitamin və qızdırmasalıcı dərmanlardan kənar digər preparatların hamısı reseptlər və həkim təyinatı əsasında verilir. Narkotik tərkibli olmayan istənilən dərmanı istənilən miqdarda ala bilərsiniz. Həkim resepti və ya müalicə müəssisəsinin möhürü tələb olunmur. Üzücü haldır ki, bu kimi məsələlərə nəzarət edilmir. Bu, dövlət səviyyəsində həll edilməlidir".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 20 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün apa.az xeberler son xeber az valyuta