Korotçenko: "Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır
Korotçenko: "Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır"
Rusiyada "Milli Müdafiə" jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko Media.Az-a müsahibəsində Laçın dəhlizi barədə danışıb.
"Birincisi, Azərbaycanın Qarabağ bölgəsində hər hansı qanunsuz erməni silahlı birləşməsi terror qruplaşması kimi qəbul edilməlidir.
İkincisi, Laçın dəhlizi vasitəsilə Ermənistandan hər hansı bir silahlı şəxsin daxil olmaması üçün Rusiya sülhməramlılarının, Rusiya sərhəd xidmətinin səyləri barədə danışıqlar aparmaq lazımdır".
Korotçenko bildirib ki, bütün erməni silahlı birləşmələri tərkisilah edilməlidir:
"Əgər orada Ermənistan vətəndaşları varsa, onda Azərbaycan ərazisini tərk etməlidirlər. Bu, Rusiya ilə Azərbaycanın gələcək birgə hərəkətləri üçün danışıqlar mövzusudur. Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır. Bu məsələnin həll edilməsinin zəruriliyi göz qabağındadır. Bəlkə də Laçın dəhlizinin işləməsi ilə bağlı yeni işçi qrupu yaratmaq məntiqə uyğundur". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına