Körpə Əlinin sağlamlığına qovuşmasına kömək edək - FOTO
Körpə Əlinin sağlamlığına qovuşmasına kömək edək - FOTO
36 günlük körpənin sizin köməyinizə ehtiyacı var.
Balaca Əli ürək qüsuru ilə dünyaya gəlib. Həkimlər onda ürəkdə qulaqcıqlar və mədəciklər arası qüsurlar, ikinci-üçüncü dərəcəli mitral çatışmazlıq, üçüncü dərəcəli trikuspit çatışmazlıq və fəsadlar müəyyən ediblər.
Uşağın həyatda qalması üçün cərrahi əməliyyat olunub, həkimlər əllərindən gələni ediblər.
Atası Əsgər Tanrıverdiyevin sözlərinə görə, hələ 40 günü tamam olmayan övladının əməliyyat pulunu ödəyə bilmir:
"Övladım ürək qüsuru ilə dünyaya gəlib. Həkimlər həyatda qalması üçün əməliyyat edib. Uşaq əməliyyatdan sonra küvezdə saxlanılır və bahalı dərmanlar lazım olur. Ümumilikdə, gücüm çatan qədər ödəniş etmişəm. Amma hazırda Mərkəzi Klinikaya 1 400 manat məbləğində borc qalıb. İmkanım yoxdur bu borcu bağlayım. Övladımın müalicəsi hələ də davam edir, çox xahiş edirəm mənə yardım edin".
Həkimlər balaca Əlinin 3 ay sonra yenidən əməliyyat olunması gərəkdiyini bildirirlər. Ailəyə yardım etmək istəyən şəxslər uşağın atası ilə əlaqə saxlaya bilərlər: +994 55 320 21 34


Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR