Kraliçanın ölümündən sonra 5 ərəb ölkəsi matəm elan etdi - VİDEO
Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra 5 ərəb ölkəsində matəm elan edilib.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, II Elizabetin vəfatı ilə əlaqədar İordaniyada 7 günlük, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdə isə 3 günlük matəm elan edilib.
Anası ingilis olan İordaniya kralı II Abdullah ölkədə 7 günlük matəm elan olunduğunu açıqlayıb.
WAM agentliyinin məlumatına görə, Kraliça II Elizabetin vəfatı ilə əlaqədar BƏƏ-də üç günlük matəm elan edilib. Ölkədəki özəl və dövlət sektoru ilə yanaşı, xaricdəki səfirliklərdə də bayraqlar yarıya qədər endirilib.
Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Kraliçanın vəfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan olunmaqla bayraqların yarıya endirilməsi barədə göstəriş verib.
Küveytin Nazirlər Şurası da ölkədə üç günlük matəm elan edilməsi və bu müddət ərzində bayraqların yarıya qədər endirilməsi barədə qərar qəbul edib.
Livanda Baş nazir Nəcib Mikati Kraliça II Elizabetin vəfatı ilə əlaqədar bazar gününə qədər davam edəcək 3 günlük matəm elan edildiyi bildirilib.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı