Kreml repressiyası - 'Skinhed' ruhlu imperiya
"Keçəllər təxəllüsü" ilə Rusiyadakı qeyri-ruslara qarşı kütləvi və amansız hücumları təşkil edən "skinhed hərəkatı"nın "missiyasını" hazırda rus kəşfiyyatı və hüquq-mühafizə orqanları həyata keçirir. Əslində "skinhed hərəkatı"nı başıpozuq gənclərin birliyi yox, Rusiya kəşfiyyat orqanları tərəfindən yaradılan "faşist yuvası" - şəbəkəsi adlandırmaq daha doğru olardı.
Stalin dövründə aydınlarımızı kütləvi repressiya maşınının təkərləri altına alan xislət qeyri-ruslar və soydaşlarımıza qarşı faşist siyasətini bu gün də davam etdirir. Çeçen xalqını da qətlian edən, qocaya, qadına və uşağa belə rəhm etməyən bu amansız və imperialist rejim bu gün Ukraynada oxşar siyasəti həyata keçirir. Daxildəki azlıqlara, qeyri-millətlərə divan tutur. Hətta o zaman belə insanları evində, küçədə güllələmirdilər.
Qeyri-ruslara qarşı faşist siyasətinin başında da heç şübhəsiz Rusiya prezidenti Putin dayanır. O da məlumdur ki, Vladimir Vladimiroviçin icazəsi olmadan Rusiya repressiya maşını bu qəddarlıq və rasizmə imza ata bilməz. Din, Rus provaslav kilsəsi rejimin qəddarlığına haqq qazandıran və ona ideoloji əsaslar yaradan amil rolunda çıxış edir.
Bu günün "skinhedleri" isə Rusiyanın "OMON" adlı rəsmi quldur təşkilatıdır. Sovet dövründə Azərbaycan və Mərkəzi Asiya vətəndaşlarını zülmə məruz qoyanlar, Fətəli xan, Cavad xan, Hüseynqulu xanı doğrayıb öldürənlər, bir əsr Çar Rusiyası və 70 il Sovetin əsarətində milli kimliyimizi qəsb edənlər anlamalı ki, artıq nə Azərbaycan həminki Azərbaycan deyil, nə də Rusiya həminki Rusiya.
Rusiya imperialist və rasist siyasətindən imtina etməli, bəşəri qəddarlığa son qoymalıdır. Yoxsa tarixin zibilliyinə yola salınacağı gün də uzaqda deyil.
Azər Niftiyev,
Siyasi şərhçi / azxeber.com
Xidmetler [newsid: 0-123300]

SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır