Kremldə gərginlik artır: Putin Peskovu göndərir, onun yerinə isə

Kremldə gərginlik artır: Putin Peskovu göndərir, onun yerinə isəRusiya Prezidenti Vladimir Putinin çıxışı zamanı Kremlin sözçüsü Dmitri Peskovun yuxulaması sosial şəbəkələrdə və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Maraqlıdır, bu hal Rusiya hakimiyyətində daxili gərginliklərin və ya yorğunluğun əlaməti kimi qiymətləndirilə bilərmi?
Mövzunu siyasi şərhçi Zeynal Əmrəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, son aylarda Rusiya hakimiyyətinin yuxarı eşalonunda ciddi dəyişikliklər baş verib.
Kremldə gərginlik artır: Putin Peskovu göndərir, onun yerinə isə"Xüsusilə, Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşevin vəzifədən azad olunaraq Prezidentin müşaviri təyin edilməsi və onun oğlu Dmitri Patruşevin də Kənd Təsərrüfatı naziri postundan Prezident köməkçisi vəzifəsinə gətirilməsi Patruşevlər ailəsinin Kreml daxilindəki nüfuzunun azaldılması kimi şərh olunur.
Bununla yanaşı, müharibənin davam etdiyi bir dönəmdə uzun müddət Müdafiə naziri vəzifəsində çalışan Sergey Şoyqunun da postunu dəyişərək Təhlükəsizlik Şurasının katibi təyin edilməsi daxildəki balansların yenidən qurulmasından xəbər verir. Bütün bu dəyişikliklər Kremlin daxili çevrəsindəki qüvvələr nisbətində gərginliyin artdığı ehtimalını gücləndirir"
Politoloq qeyd edib ki, Kreml sözçüsü Dmitri Peskovun bu fonda Prezidentin çıxışı zamanı yuxulaması yalnız fiziki yorğunluqla deyil, həm də yüksək səviyyəli məmurlar arasında narazılıqlar və mövqelərin zəifləməsi ilə əlaqələndirilir.
"Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Kreml rəsmiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər və bu da fiziki və psixoloji tükənməyə yol açır.
Yaxın vaxtlarda Prezident Administrasiyasında da dəyişikliklər ola bilər. Prezident köməkçiləri və Administrasiya rəhbəri Anton Vaynonun vəzifədən azad ediləcəyi ilə bağlı iddialar səsləndirilir. Bu kontekstdə Peskovun da vəzifədən uzaqlaşdırılması ehtimalı artır".
Şərhçi vurğulayıb ki, onun yerinə mümkün namizədlərdən biri kimi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın adı çəkilir.
"Müharibə dövründə Zaxarovanın aktiv çıxışları və beynəlxalq media ilə işləmə bacarığı onun ön plana çıxmasına səbəb olub. Kreml informasiya siyasətində daha çevik və aqressiv yanaşma nümayiş etdirmək üçün Peskovu Zaxarova ilə əvəzləyə bilər.
Bu dəyişikliklərin Rusiya rəhbərliyində daha geniş kadr islahatlarının başlanğıcı ola biləcəyi istisna edilmir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 28 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun sonxeber.az sonxabar valyuta mezennesi 2026