Kremldən postsovet ölkəsinə açıq hədə: "Nüvə silahlarımızla vuracağıq!"
Kreml Estoniyanın öz ərazisində nüvə silahları yerləşdirməsi xəbərinə reaksiya verib.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.
O qeyd edib ki, Estoniya Rusiyaya çox yaxın ərazidə yerləşir:
"Lakin Rusiya nə bu respublikaya, nə də digər Avropa dövlətlərinə heç bir təhlükə yaratmır. Amma əgər Estoniya ərazisində bizə qarşı nüvə silahları varsa, onda bizim nüvə silahlarımız da Estoniya ərazisinə qarşı yönələcək. Onlar bunu aydın şəkildə başa düşməlidirlər".
Peskov əlavə edib ki, Rusiya rəhbərliyi ölkənin təhlükəsizliyini təmin etmək üçün həmişə lazım olanı edəcək.
Xatırladaq ki, bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sözügedən məsələ barədə danışmışdı.
"Biz ərazimizdə nüvə silahlarının yerləşdirilməsinə qarşı deyilik. NATO müdafiə planlarımıza uyğun olaraq, bunu zəruri hesab edərsə mümkündür", – deyə o bildirmişdi.//Globalinfo

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq