Kremlin Zelenskiyə mesajının PƏRDƏARXASI: Müharibə nə vaxt bitəcək?
"Kremlin Volodimir Zelenskinin məktubunu nəzərdən keçirməsi və tərəflər arasında mümkün görüşlə bağlı siqnalların verilməsi diplomatik baxımdan mühüm hadisədir. Lakin bunu hələlik real sülh danışıqlarının başlanğıcı kimi qiymətləndirmək tezdir".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:
"Çünki Moskva və Kiyev arasında müharibənin dayandırılması üçün əsas şərtlər üzrə ciddi fikir ayrılıqları qalmaqdadır. Rusiya işğal etdiyi ərazilərin statusu və təhlükəsizlik məsələlərində mövqeyini dəyişmədiyi kimi, Ukrayna da ərazi bütövlüyündən geri çəkilməyə hazır olmadığını bildirir. Buna görə də hazırkı mərhələdə söhbət daha çox tərəflərin diplomatik kanalları tam bağlamamaq cəhdindən gedir".
Politoloq qeyd edir ki, digər tərəfdən, həm Rusiya, həm də Ukrayna hərbi əməliyyatları davam etdirdiyi halda siyasi dialoq üçün müəyyən zəmin yaratmağa çalışır.
"Kremlin mümkün görüş siqnalları verməsi beynəlxalq ictimaiyyətə konstruktiv mövqe nümayiş etdirmək və danışıqlar prosesində təşəbbüsü itirməmək məqsədi daşıya bilər. Zelenskinin birbaşa təmaslara maraq göstərməsi isə Ukraynanın öz mövqeyini ən yüksək səviyyədə çatdırmaq və Qərb tərəfdaşlarına diplomatik həll yolunu dəstəklədiyini göstərmək niyyətindən qaynaqlanır. Buna görə də yaxın dövrdə təmasların artması mümkündür, lakin davam edən hərbi eskalasiya fonunda tammiqyaslı sülh sazişinin əldə olunması hələ də mürəkkəb perspektiv kimi qalır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK